Məhkəmə qərarları › İş №3(017)-203/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-203/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-203/2023 29.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs və İnzibati xəta törədən şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç uşağı olan, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, H.Təzəkənd kəndində yaşayan Şəxs haqqında Ağcabədi rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq m ü ə y y ə n e t d i m: 28 mart 2023-cü il tarixdə saat 18:50 radələrində Ağcabədi rayonu RPŞ-də Şəxs, Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyərək istintaq qaydalarını pozmuş, ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, bu vaxt xidməti vəzifələrini həyata keçirən polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, lakin o, yenidən öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, 28 mart 2023-cü il tarixdə yaşadığı Ağcabədi rayonu, H.Təzəkənd kəndinin ərazisində olan zaman qardaşı Cəlal inzibati qaydada tutulduğu üçün həmkəndlisi Zərərçəkmiş şəxs zəng edərək qardaşı X1 barəsində olan şikayət ərizəsini geri götürməsini xahiş etmişdir. Lakin Əli onunla razılaşmamış o da Əliyə qarşı nalayiq ifadələr işlətmişdir. Hafiz inzibati həbsdə olan qardaşı X1 üçün polis şöbəsinə getmiş, bu zaman Əlini orada görmüş və sərxoş olduğu üçün əsəbləşmiş və ucadan danışaraq Zərərçəkmiş şəxs ünvanına kobud ifadələr işlətmişdir. Sonra polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, lakin o, mübahisə edərək, ucadan səs-küy salmışdır. Hazırda törətdiyi əmələ görə çox peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, o, 28 mart 2023-cü il tarixdə Ağcabədi rayonu, H.Təzəkənd kəndinin ərazisində olan zaman həmkəndlisi qızının qaynı olan Şəxs ona zəng edərək qardaşı X1 barəsində olan şikayət ərizəsini geri götürməsini və həbsdən etdirməsini xahiş etmişdir. O, onunla razılaşmamış ona görə də, ona qarşı nalayiq ifadələr işlədərək təhqir etmişdir. Hafiz qardaşı X1 üçün polis şöbəsinə getmiş, bu zaman Əlini orada görmüş, içkili olduğu üçün əsəbləşmiş və ucadan danışaraq onun ünvanına nalayiq ifadələr işlətmişdir. Sonra polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, lakin o, mübahisə edərək, ucadan səs-küy salmış, nalayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Odur ki, göstərilənləri nəzərə alıb Şəxs ağır cəza verilməsini xahiş etdi. İş materiallarında olan 28 mart 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 mart 2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 3(017)-198/2023 saylı, 28 mart 2023-cü il tarixli qərardan görünür ki, X1 inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edib işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də Şəxs əməlləri İXM-nin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34-1 ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, İXM-nin 535.1-ci maddəsində iki yüz manat və bir ayadək inzibati həbs tənbehi nəzərdə tutulduğu halda, İXM-nin 510-cu maddəsində 50 manatdan 100 manatadək cərimə və 15 günədək inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, üç uşağının olmasını, zərərçəkmiş şəxsdən və polis əməkdaşlarından üzr istəməsini nəzərə alaraq hesab edirəm ki, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsi məqsədə müvafiqdir. Hesab edirəm ki, Şəxs barəsində inzibati cərimə tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. AR İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs 28 mart 2023-cü il tarixdən inzibati qaydada həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində 170 ( yüz yetmiş) manat cərimə tənbehi saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar