Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-203/2025 08.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Laçın rayonunun Çorman kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Laçın rayonunun Çorman kəndində qeydiyyatda olmaqla Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 06 aprel 2025-ci il tarixdə saat 16:25-də radələrində sərxoş halda, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan Opel Vectra markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, sürücülük hüququ olmadan nəqliyyat vasitələrini idarə edir. 06 aprel 2025-ci il tarixdə bir az spirtli içki qəbul edib Opel Vectra markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən QAZ 3109 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Törətdiyi əməldən peşmandır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri özünün etirafı, eləcə də inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini nəzərə alaraq, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 05 (beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbs etmənin əvvəli 08 aprel 2025-ci il tarixdən, saat 1455-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-203/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-203/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver