Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-209/2023 14.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi Məhkəmə İclasının katibi X1 iştirakı ilə, Ağcabədi rayonunun Aran kəndində yerləşən Şəxs MMC haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs MMC **********0697 saylı gömrük bəyannaməsi üzrə göndərilən mallar faktiki olaraq Azərbaycan Respublikasının gömrük sərhəddini 07 fevral 2023-cü il tarixdə keçsə də, həmin bəyannamə gömrük orqanına 15 gün müddətinə təqdim edilməli olduğu halda, xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir ki, bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Material üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş şəxslər məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə hər hansı bir vəsatət daxil olmamışdır. Bu halda, Azərbaycan Respublikası İXM-nin 62.4-cü və 64.3-cü maddəsinin tələbinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin bu xətanı törətməkdə təqsiri inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sisteminin malın çatırılması və boşaldılması barədə çıxarışından görünür ki, göndərilən mal xx.xx.2023-cü il tarixdə qeydə alınmış və xx.xx.2023-cü il tarixdə ünvana çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, gömrük bəyannaməsinin təqdim edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin pozulmasına səbəb bəyannamə üzrə idxal edilmiş mallara aid olan məlumatların əks olunduğu mal müşayiət sənədlərinin yükdaşıma şirkəti tərəfindən hüquqi şəxsə vaxtında çatdırılmaması olmuşdur. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2014-cü il tarixli 263 nömrəli Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarının təsdiq edilməsi haqqında qərarın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini və dərəcəsini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İnzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinərək üç yüz manat miqdarda inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan onun rəsmi verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi Vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-209/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-209/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver