Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-214/2025 01.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ Regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X9 barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsi ilə qərar tərtib edilmişdir ondan ötrü ki, o, işə götürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitini təmin etməmiş və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirləri yerinə yetirməmişdir. Məhkəmə iclasında şikayətçi X9 izahat verərək bildirdi ki, "xxxx" MMC-nin Ağcabədi filialının direktoru vəzifəsində işləyir. 12 avqust 2024-cü il tarixdə baş vermiş bədbəxt hadisə ilə əlaqədar 25 fevral 2025-ci il tarixdə barəsində İXM-nin 199-cu maddəsi ilə protokol tərtib edilmiş, protokol əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Qarabağ regional şöbəsinin rəisi X4 07 mart 2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti, Qarabağ regional şöbəsinin rəisi X4 inzibati tənbeh vermə haqqında 07 mart 2025-ci il tarixli, MN ******* nömrəli qərarı əsassız olduğundan ləğv edilməli və inzibati iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, İnzibati iş üzrə icraatın başlanmasına səbəb xx.xx.2024-cü il tarixdə saat 11.00 radələrində traktorçu-mexanizator X2 Ağcabədi rayonu Boyat kəndi ərazisində “MTZ 80X” markalı 04-K-364 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, çiləyici su qoşqusu olan traktorla X6 xüsusi mülkiyyətində olan torpaq sahəsində əkilmiş pambıq sahəsində dərmanlama işləri yerinə yetirərkən naməlum şəraitdə Rafiq Məmmədovun elektrik cərəyanına məruz qalması və həmin elektrik cərəyanının ona kömək etmək istəyən Ehram Hüseynova ötürülməsi nəticəsində baş vermiş hadisə olmuşdur. "xxxx" MMC-nin Ağcabədi filialının traktorçusu X3 xx.xx.2024-cü il tarixdə saat 11.00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırlması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-17-5/3-2-2-9-916/2024 nömrəli əmri ilə X16 Xidmətinin Qarabağ regional şöbəsinin məsləhətçisi əmək müfəttişi X14,”P- Aqro” MMC-nin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və X17 üzrə mütəxəssisi X10 və "xxxx" MMC-nin X22 Komitəsinin sədri X15 iştirakı ilə komissiya yaradılmışdır. Araşdırmanın nəticələri üzrə komissiyanın üzvləri X18 və X20 araşdırmanın nəticələrinə etiraz olaraq rəy tərtib edərək təhqiqat aktını imzalamaqdan imtina etmişlər. Yaradılmış komissiyanın sədri tərəfindən aparılmış təhqiqatın nəticələri üzrə akt tərtib edilsədə bir sıra vacib məsələlər ətraflı və obyektiv şəkildə, hərtərəfli araşdırılmamış, gəlinən yekun nəticə baş vermiş hadisənin faktiki vəziyyətinə uyğun olmamış və təhqiqat aktı X16 Xidməti, Qarabağ regional şöbəsinin məsləhətçisi və iş üzrə komissiya sədri X14 imzası ilə təsdiq edilmiş, komissiyanın digər üzvləri aktı imzalamaqdan imtina etməklə, akta dair rəy təqdim edərək mülahizələrinin nəzərə alınmasını xahiş etmişlər. Təhqiqatın yekununa dair qərara əsasən təlimata uyğun olaraq idarəetmə kabinəsinə kənar şəxslərin daxil olmasına icazə verilməməsi öhdəliyi traktorçu Ehram Hüseynova həvalə edilsə də, öhdəlik onun tərəfindən yerinə yetirilməmiş və fermer Rafiq Məmmədovun traktorun kabinəsinə əyləşməsi üçün ona şərait yaradılmışdır. Həmçinin, fermer Rafiq Məmmədova məxsus olan torpaq sahəsi "xxxx"ASC-nin balansında olan elektrik xətləri trassası üzərində yerləşməsinə baxmayaraq əkin sahələrində işlər aparılan zaman təhlükəsizliyin təmin edilməsi məqsədilə risklər qiymətləndirilməmiş, gərginliyin dayandırılması üçün X8 rəsmi müraciət edilməmiş və rəsmi razılıq almadan müvafiq işlər aparılmışdır. Həmçinin ”Azərişıq” ASC-nin X25 Təchizatı və Satışı İdarəsi Ağcabədi elektrik Şəbəkəsinin xx.xx.2025-ci il tarixli 20/129 nömrəli məktubunda "xxxx" MMC-nin Ağcabədi filialının traktorçusu X2 xx.xx.2024-cü il tarixdə əkin sahələrini dərmanlama işlərinin aparılması üçün traktoru öz başına 10 KV-luq Qaraxanlı”HX-nin altında saxladığı, dərman çiləyici qurğunun qollarının xəttə toxunaraq bədbəxt hadisə baş verdiyi, yaranmış elektrik gərginliyinin yüksək ehtimalla dərman çiləyici aqreqatın qolları açılarkən elektrik xəttinə təmas etməsi nəticəsində yarandığı və bu səbəbdən bədbəxt hadisə baş verdiyi, 110/35/10 KV-luq “Qarabağ”YS-dan çıxan 10 KV-luq “Qaraxanlı”HX-nın hadisə baş verən zaman gərginlik altında olduğu, gərginliyin dayandırılması üçün X8 rəsmi müraciət olunmaması qeyd edilmişdir. Lakin təhqiqat aktında hadisənin baş verdiyi şərait təhlil edilərkən hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi müəyyən edilmədən yekun nəticə üzrə qiymətləndirmə aparılmış və filialın direktoru tərəfindən işçilər üçün sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilməməsinə görə məsuliyyətə cəlb edilmişdir. Bundan başqa təhqiqat zamanı dindirilən X2 izahatında etiraf etmişdir ki, elektrik xəttinin yerdən 7-8 metr, su çiləyici qurğunun isə yerdən 4 metr məsafədə yerləşdiyi və bununla bağlı çiləyici qurğunun elektrik cərəyan xəttinə fiziki təması mümkün olmadığı, Rafiq Məmmədovun traktora minmək istəyinin olmasını, həmin vaxt onu elektrik cərəyanının vurduğu, beləliklə onun traktora minmədiyi izahatı ilə təsdiqini tapır. Təhqiqat gəldiyi nəticədə göstərilən "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Traktorçunun əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatın”19-cu bəndinə əsasən (idarəetmə kabinəsinə kənar şəxslərin daxil olmasına və sərnişin daşınmasına icazə verilmir) tələblərinə riayət edilməməsi barədə qənaəti tam əsassızdır. Belə ki, traktorçu X23 Məmmədovu idarəetmə kabinəsinə daxil olması hər hansı sübutla öz təsdiqini tapmamışdır. ”Azərişıq” ASC-nin X25 Təchizatı və Satışı İdarəsi Ağcabədi elektrik Şəbəkəsinin xx.xx.2025-ci il tarixli 20/129 nömrəli məktubunda yaranmış elektrik gərginliyinin yüksək ehtimalla dərman çiləyici qurğunun qolları açılarkən elektrik xəttinə təmas etməsi nəticəsində yarandığı və bu səbəbdən bədbəxt hadisə baş verməsi barədə qənaəti yalnız ehtimala əsaslanmış, 10 KV-luq “Qaraxanlı”HX-nın yerdən məsafəsi ölçülərkən 6,4 metr olduğu, su çiləyici qurğunun isə hündürlüyünün 3,3 metr olduğundan elektrik xəttinə təmas etməsi barədə dəlilləri isə əsassızdır. Bundan başqa Təhqiqat aktında 110/35/10 KV-luq “Qarabağ”YS-dan çıxan 10 KV-luq “Qaraxanlı”HX-nın hadisə baş verən zaman gərginlik altında olduğu, gərginliyin dayandırılması üçün X8 rəsmi müraciət olunmamasına dair dəlilləri də tam əsassızdır. Belə ki, elektrik xəttinin keçdiyi ərazi X6 xüsusi mülkiyyətində olan sahə olmuşdur. Onunla "xxxx" MMC-nin Ağcabədi filialı arasında bağlanmış xam pambığın alqı-satqı müqaviləsinə əsasən, pambığın əkibbecərilməsi onun vəzifəsi olmuş və zəruri hesab edildiyi halda məhz onun sifarişi əsasında aqrotexniki xidmətlər göstərilmişdir. Cavabdeh sahənin mülkiyyətçisi və işi sifariş edən şəxs olaraq X8 müraciət edib, razılıq alması bilavasitə onun vəzifəsi olmuşdur. 10 KV-luq “Qaraxanlı”HX-nın hadisə baş verən zaman gərginliyin dayandırılması üçün X8 rəsmi müraciət olunmamasına görə məsuliyyətin onun üzərinə qoyulması isə tam əsassız və qanunsuzdur. Bundan başqa P-Aqro” MMC-nin Ağcabədi filialının traktorçusu X3 xx.xx.2024-cü il tarixdə saat 11.00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırlması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-17-5/3-2-2-9-916/2024 nömrəli əmri ilə yaradılmış komissiyanın iki üzvü X18 və X20 təhqiqat aktını imzalamaqdan imtina etmələrinə baxmayaq, X16 Xidmətinin Qarabağ regional şöbəsinin rəisi tərəfindən inzibati tənbeh vermə haqqında qərarla 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində tətbiq edilən qərar komissiya üzvləri tərəfindən imzalanan təhqiqat aktına əsaslandığından həmin təhqiqat aktının bütün üzvləri tərəfindən imzalanmaması onun hüquqi qüvvəyə malik olan sənəd kimi qəbul edilməsini istisna edir. Bu baxımdan X16 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən qanunvericiliyin tələbləri kobudcasına pozulduğundan, barəsində inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və icraata xitam verilməlidir. İş materiallarında olan təhqiqat aktından görünür ki, əməyin mühafizəsi və texniki təhlükəsiz qaydalarına dair giriş və ilkin təlimat xx.xx.2019-cu il tarixdə, sonuncu təkrar təlimat xx.xx.2024-cü il tarixdə, iş öncəsi təlimat xx.xx.2024-cü il tarixdə keçirilmişdir. İş materiallarında olan izahatlardan görünür ki, elektrik xətti yer məsafəsində 7-8 metr, aqreqatdan isə 4 metr yuxarı məsafədə olmuşdur. İş materiallarında olan foto şəkillərdən görünür ki, traktorla elektrik xətti arasında kifayət qədər məsafə vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsi ilə təqsirli bilinib barəsində 700 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Məhkəmə şikayətçi X7 dinləyib şikayət və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında müəyyənləşdirilmiş hüquqi mövqeyinə əsasən İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbiq edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında inzibati xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fəqdiləşdirici ölçüləri müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 19.1 və 19.2-ci maddələrinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir “Hər bir insan Konstitusiaysının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir”. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hadisənin baş verdiyi şərait təhlil edilərkən hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi müəyyən edilmədən yekun nəticə üzrə qiymətləndirmə aparılmışdır. Elektrik xəttinin yerdən 7-8 metr, su çiləyici qurğu isə yerdən 4 metr məsafədə yerləşmişdir. Çiləyici qurğunun elektrik cərəyan xəttinə fiziki təması mümkün deyildir. Ağcabədi elektrik Şəbəkəsinin xx.xx.2025-ci il tarixli 20/129 nömrəli məktubunda yaranmış elektrik gərginliyinin yüksək ehtimalla dərman çiləyici qurğunun qolları açılarkən elektrik xəttinə təmas etməsi nəticəsində yarandığı və bu səbəbdən bədbəxt hadisə baş verməsi barədə qənaəti yalnız ehtimallara əsaslanmışdır. Həmin elektrik xəttinin keçdiyi ərazi X6 xüsusi mülkiyyətində olmuşdur. Onunla "xxxx" MMC-nin Ağcabədi filialı arasında bağlanmış xam pambığın alqı-satqı müqaviləsinə əsasən, pambığın əkib-becərilməsi onun vəzifəsi olmuş, zəruri hesab edildiyi halda onun sifarişi əsasında aqrotexniki xidmətlər göstərilmişdir. Cavabdeh sahənin mülkiyyətçisi və işi sifariş edən şəxs olaraq X8 müraciət edərək, razılıq alması bilavasitə onun vəzifəsi olmuşdur. Bundan başqa "xxxx" MMC-nin Ağcabədi filialının direktoru X9 tərəfindən hər hansı bir qanun pozuntusu və inzibati məsuliyyət yaratması halı müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinə əsasən qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xəta haqqında qərarda qeyd edilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-53, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ Regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-214/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-214/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver