Məhkəmə qərarları › İş №3(017)-221/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-221/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-221/2025 06.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, X1 və Ağcabədi rayon Yol patrul xidməti inspektoru polis serjantı X6 iştirakları ilə, X1 Ağcabədi rayon Yol patrul xidməti inspektoru polis serjantı X6 23 aprel 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: X3 barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir ondan ötrü ki, o, 23 aprel 2025-ci il tarixdə sfetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən idarə etdiyi Toyota Corolla markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətini davam etdirmişdir. “İnzibati tənbeh vermə haqqında” TP ******* nömrəli qərara əsasən X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında şikayətçi X4 izahatında göstərdi ki, 23 aprel 2025-ci il tarixdə idarə etdiyi Toyota Corolla markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən TP ******* nömrəli, inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir. Qərarın əsassız tərtib edildiyini, heç bir inzibati xəta törətmədiyini əsas gətirərək 23 aprel 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon Yol patrul xidməti inspektoru polis serjantı X8 çıxış edərək bildirdi ki, 23 aprel 2025-ci il tarixdə xidmətdə olarkən Toyota Corolla markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobil sfetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyi üçün barəsində protokol tərtib edilmiş və protokol əsasında qərar qəbul edilərək Toyota Corolla markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 100 manat cərimə olunmuşdur. Hesab edir ki, qərar qanuni və əsaslıdır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, ərizə və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa, inzibati xətanın mövcudluğunu göstərən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi səbəb olur. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. İş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Toyota Corolla markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən sfetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş və avtomobilin video görüntüsü qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X2 və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyi üçün barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuşdur. Bundan başqa həmin vaxt X4 idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozmamasını təsdiq edən hər hansı mötəbər sübut və dəlili məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar