Məhkəmə qərarları › İş №3(017)-239/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-239/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-239/2025 13.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ Regional şöbəsinin nümayəndəsi X3 və X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ Regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə qərar tərtib edilmişdir ondan ötrü ki, o, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Məhkəmə iclasında şikayətçi X4 ərizəni müdafiə edərək bildirdi ki, Ağcabədi şəhəri Ə.Bünyadov küçəsində yerləşən yanacaq doldurma məntəqəsinin sahibidir. Həmin yanacaq doldurma məntəqəsi 2021-ci ildən fəaliyyət göstərir və məntəqənin 10 nəfər işçisi var. İşçilərlə qanuna müvafiq qaydada əmək müqaviləsi bağlamış və bütün işçilər Atəşgah Həyat Sığorta Şirkəti ASC ilə bağladığı müqavilə əsasında icbari sığorta olunmuşdur. “A” formatlı ödəniş tapşırığı əsasında məcburi sığorta üzrə 31 yanvar 2025-ci il tarixdə Atəşgah Həyat Sığorta Şirkəti ASC-nin hesabına 249,6 manat pul vəsaiti köçürmüşdür. Lakin həmin ödəniş köçürülsə də X6 Xidməti Qarabağ Regional şöbəsi onun ödənişini nəzərə almamış və barəsində qanunsuz olaraq 03 fevral 2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1500 manat məbləğində inzibati cərimə olunmuşdur. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ Regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ Regional şöbəsinin nümayəndəsi X7 izahat verərək bildirdi ki, X4 işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyi üçün barəsində 23 yanvar 2025-ci il tarixdə inzibati protokol tərtib edilmiş, protokol əsasında 03 fevral 2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, qərar qanuni və əsaslıdır. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 23 yanvar 20255-ci il tarixli protokoldan görünür ki, X4 işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 03 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyi üçün 23 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinib 1500 manat inzibati cərimə olunmuşdur. İş materillarında olan “A” formatlı ödəniş tapşırığından görünür ki, 31 yanvar 2025-ci il tarixdə Atəşgah Həyat Sığorta Şirkəti ASC-nin hesabına 249,6 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X4 işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyi üçün barəsində 23 yanvar 2025-ci il tarixdə inzibati protokol tərtib edildikdən sonra 31 yanvar 2025-ci il tarixdə Atəşgah Həyat Sığorta Şirkəti ASC-nin hesabına 249,6 manat pul köçürmüşdür. Bu səbəbdən də inzibati xəta törədildiyi üçün protokol əsasında 03 fevral 2025-ci il tarixdə qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin ediməməlidir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ Regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar