Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-240/2023 19.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, xx xxxxxx 1964-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağcabədi şəhəri Babək küçəsi ev 52-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı ərazi vergilər idarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs 17 mart 2023-cü il tarixdə Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yerləşən uzi kabinetində xüsusi razılıq (lisenziya) tələb olduğu halda belə razılıq olmadan tibbi xidmətlərin göstərilməsini (USM) həyata keçirməklə fəaliyyət göstərmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Material üzrə işin məhkəmə baxışı 19 aprel 2023-cü il tarixə saat 15:30-a təyin edilməklə, bu barədə tərəflərə vaxtında məlumat göndərilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Bu halda Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinin tələbinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan 17 mart 2023-cü il tarixli aktdan görünür ki, Şəxs fəaliyyət göstərdiyi dövrdə 270 manat gəlir əldə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən, məhkəmə onun təqsirinin dərəcəsini, xətanın xarakterini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş ziyanın 270 manat (əldə edilmiş gəlirin) iki misli miqdarda, yəni 540 manat cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın 270 manat (əldə edilmiş gəlirin) iki misli miqdarda, yəni 540 (beş yüz qırx) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-240/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-240/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver