Məhkəmə qərarları › İş №3(017)-240/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-240/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-240/2024 30.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu məhkəmə iclasının katibi X1, inzibati xəta törədən şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1995-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 30 aprel 2024-cü il tarixli, MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 22 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 06 ədəd, 90 manat dəyərində ev quşunu oğurlayaraq Zərərçəkmiş şəxs 90 manat zərər vurmaqla özgə əmlakını talamışdır. Şəxs 22 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 06 ədəd, 90 manat dəyərində ev quşunu oğurlayaraq ələ keçirmişdir ki, bununla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs ilə dostluğu yoxdur. O, yaşadığı evin həyətində ev quşu (göyərçin) saxlayır. xx.xx.2024-cü il tarixdə yaşadığı H.Təzəkənd ərazisində həmkəndisinin toy məclisində spirtli içki qəbul etmişdir. Təxminən saat 22 radələrində toy məclisindən çıxmışdır. Həmin gün saxladığı göyərçinlərdən biri qaçdığı üçün düşünmüşdür ki, həmkəndlisi Zərərçəkmiş şəxs qapısına onun göyərçinlərin yanına düşmüşdür. Yaşadığı evə getmişdir. Atamanı çağırsa da heç kim cavab verməmişdir. O, həyətə daxil olub, Atamanın əmisi Seymur Heydərovla qarşılaşmışdır. Ona Atamanın evdə olmadığını bildirmiş və o, çıxıb getmişdir. Səhəri gün göyərçinlərə baxdıqda yanlarında başqa göyərçin olduğunu görüb tutub qanadlarını bağlamışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Ataman yaşadığı evin həyətinə gəlib 01 ədəd göyərçinin olduğunu görüb həmin 01 ədəd və başqa 05 ədəd göyərçinin xx.xx.2024-cü il tarixdə qapısından oğurlandığını bildirmişdir. O, da onun bu sözünə əsəbləşib həmin göyərçini tutub başını qoparmışdır. O, göyərçini oğurlamamış, göyərçinin onun həyətinə necə gəldiyini bilməmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək bildrdi ki, Şəxs onun həmkəndlisidir. xx.xx.2024-cü il tarixdə həmkəndlisinin kənd ərazisində yerləşən toy məclisində iştirak etmişdir. O, toya getmədən göyərçinləri hinə yığıb qapısın bağlamışdır. xx.xx.2024-cü il tarixdə hini açdıqda 06 ədəd göyərçinin olmadığını, oğurlandığını aşkar etmiş və özü oğrunu tapmaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə 2 ədəd göyərçini qapıya qayıtmışdır. xx.xx.2024-cü il tarixdə bir həyətdə yaşayan əmisi Seymur Heydarov xx.xx.2024-cü il tarixdə gecə saat 22 radələrində Ərşadın içkili vəziyyətdə qapılarına girdiyini və onu axtarıb göyərçin almaq istədiyini demişdir. O da bundan sonra Ərşadın ünvanına getmiş, Ərşadın evinin həyətinə daxil olduqda, orada olmuşdur. O, Ərşadın göyərçinlərin içərisində oğurlanmış 6 ədəd göyərçindən 1 ədədinin olduğunu görüb Ərşada göyərçini oğurlandığını bildirdikdə, Ərşad göyərçini tutub başını qoparmışdır. O, da bu hadisəni telefonu ilə qeydə almış və bu barədə Azərbaycan Respublikası DİN-in "102" xidməti zəng mərkəzi sisteminə zəng edib məlumat vermişdir. Hazırda onunla barışmamışdır. Ona görə də göstərilən xüsusatları nəzərə alınmasını və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 12 mart 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Ağcabədi rayon "Əli" firmasından alınmış 16 mart 2024-cü il tarixli 15 saylı məktubunda göstərilmişdir ki, 01 ədəd ev quşu (göyərçin) 2024-cü ilin mart ayına olan satış qiyməti 15 manat təşkil etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkar şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs Ağcabədi rayonu fərdi yaşayış evinin həyətindən 06 ədəd ev quşunu (göyərçin) oğurlayaraq Zərərçəkmiş şəxs 90 manat zərər vurmaqla özgə əmlakını talamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin dispozisiyasına görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin maddənin qeyd hissəsindən görünür ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsindən görünür ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkibi yaranmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasına görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə görə məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs təyin ediləcək ictimai işlər növündə inzibati tənbeh tədbiri gün ərzində dörd saatdan çox olmamalı və onun üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək gündə dörd saatdan çox olmamaqla yüz səksən saat müddətə ictimai işləri növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar