Məhkəmə qərarları › İş №3(017)-241/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-241/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-241/2024 30.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili, Ağcabədi rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 05 mart 1978-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Ağcabədi rayonunun Qaravəlli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 30 aprel 2024-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 08 aprel 2024-cü il tarixdə saat 10 radələrində X4 İdarəsinin inzibati binasında ünvansız nalayiq sözlər işlətmidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, əkin sahələrinə su fasilələrlə verildiyi üçün 08 aprel 2024-cü il tarixdə saat 10 radələrində X4 İdarəsinə getmişdir. Lakin, orada heç bir qanunsuz hərəkətlərə yol verməmiş və sahəsini suvarmaq üçün su verilməsini istəmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X4 İdarəsində hüquqşünas vəzifəsində işləyən X9 izahatında göstərdi ki, 08 aprel 2024-cü il tarixdə saat 10 radələrində sonradan adını bildiyi Şəxs X4 İdarəsinə gələrək uca səslə danışmış, nalayiq ifadələr işlətmiş onu vurmaq istəmiş və orada olan adamlar Şəxs güclə sakitləşdirmişlər. Həmin vaxt idarədə iş rejimi pozulmuşdur. Məhkəmə iclasında şahid X4 İdarəsində kompyuter mühəndisi vəzifəsində işləyən X5 izahatında göstərdi ki, 08 aprel 2024-cü il tarixdə saat 10 radələrində sonradan adını bildiyi Şəxs X4 İdarəsinə təxminən 8-10 nəfərlə gələrək uca səslə danışaraq səs-küy salmış, nalayiq ifadələr işlətmiş və orada olan adamlar Şəxs sakitləşdirmişlər. Həmin vaxt idarədə iş rejimi pozulmuşdur. Məhkəmə iclasında şahid X4 İdarəsinin rəis müavini vəzifəsində işləyən X6 izahatında göstərdi ki, 08 aprel 2024-cü il tarixdə saat 10 radələrində iş yerində kabinetində olarkən sonradan adını bildiyi Şəxs bir neçə şəxslə X4 İdarəsinə gələrək uca səslə danışmış, nalayiq ifadələr işlətmiş və orada olan adamlarla birlikdə Şəxs sakitləşdirmişlər. Həmin vaxt idarədə iş rejimi pozulmuşdur. Məhkəmə iclasında şahid Ağcabədi rayon Qaravəlli kənd sakini X3 izahatında göstərdi ki, əkin sahələrinə su fasilələrlə verildiyi üçün 08 aprel 2024-cü il tarixdə saat 10 radələrində X4 İdarəsinə kənd camaatı ilə birlikdə getmişdir. Lakin, orada heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 08 aprel 2024cü il tarixdə saat 10 radələrində X4 İdarəsinin inzibati binasında ünvansız nalayiq sözlər işlədərək iş rejimini pozmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri şahidlərin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materiallarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni on beş günədək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək beş gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 30 aprel 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar