Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-242/2024 30.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və onun vəkili, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Ağcabədi rayonunun Qaravəlli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 30 aprel 2024-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, X6 08 aprel 2024-cü il tarixdə saat 10 radələrində X10 İdarəsinin inzibati binasında ünvansız nalayiq sözlər işlətmidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 özünü təqsirli bilməyərək izahatında göstərdi ki, əkin sahələrinə su fasilələrlə verildiyi üçün 08 aprel 2024-cü il tarixdə saat 10 radələrində X10 İdarəsinə getmişdir. Lakin, orada heç bir qanunsuz hərəkətlərə yol verməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X10 İdarəsində kompyuter mühəndisi vəzifəsində işləyən X11 izahatında göstərdi ki, 08 aprel 2024-cü il tarixdə saat 10 radələrində sonradan adını bildiyi X2 Suvarma Sistemləri İdarəsinə gələrək uca səslə danışmış, nalayiq ifadələr işlətmiş və orada olan adamlar X1. Həmin vaxt idarədə iş rejimi pozulmuşdur. Məhkəmə iclasında şahid X10 İdarəsinin rəis müavini vəzifəsində işləyən X12 izahatında göstərdi ki, 08 aprel 2024-cü il tarixdə saat 10 radələrində sonradan adını bildiyi X2 Suvarma Sistemləri İdarəsinə gələrək uca səslə danışmış, nalayiq ifadələr işlətmiş və orada olan adamlar X1. Həmin vaxt idarədə iş rejimi pozulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 08 aprel 2024-cü il tarixdə saat 10 radələrində X10 İdarəsinin inzibati binasında ünvansız nalayiq sözlər işlətmidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 qeyd olunan inzibati xətaları törətməsində təqsiri şahidlərin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materiallarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni on beş günədək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək beş gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 30 aprel 2024-cü il tarixdən saat 17:25 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-242/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-242/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver