Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-243/2025 12.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1981-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Bərdə rayonunun Hacallı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 22 aprel 2025-ci il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində idarə etdiyi VAZ 21061 markalı ** BU *** dövlət qeydiyyatlı nişanlı nəqliyyyat vasitəsi ilə hərəkətdə olarkən əks istiqamətli yola çıxmaqla qarşıdan gələn X1 idarə etdiyi “VAZ 11113” (Oka) markalı ** BU *** dövlət qeydiyyatlı nişanlı nəqliyyyat vasitəsi ilə toqquşmuş, həmin vaxt “VAZ 11113” (Oka) markalı ** BU *** dövlət qeydiyyatlı nişanlı nəqliyyyat vasitəsində olan sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarəti almışdır ki, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, 22 aprel 2025-ci il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində idarə etdiyi VAZ 21061 markalı ** BU *** dövlət qeydiyyatlı nişanlı nəqliyyyat vasitəsi ilə hərəkətdə olarkən əks istiqamətli yola çıxaraq qarşıdan gələn X1 idarə etdiyi “VAZ 11113” (Oka) markalı ** BU *** dövlət qeydiyyatlı nişanlı nəqliyyyat vasitəsi ilə toqquşmuşdur. Həmin vaxt “VAZ 11113” (Oka) markalı ** BU *** dövlət qeydiyyatlı nişanlı nəqliyyyat vasitəsində olan sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarəti almışdır. Hazırda törətdiyi əməldən peşmandır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan 02 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material əsasında cinayət işinin başlanmasının rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin tərkibi olduğu üçün qərarın surəti inzibati tənbeh tədbiri görülməsindən ötrü Ağcabədi rayon polis şöbəsinin DYPB-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X2-Təcrübi və X3 Hüquqi şəxsinin 22 aprel 2025-ci il tarixli 218 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilən xəsarətlər – alının orta hissəsində üç ədəd sıyrıq, sol əlin üst səthində sıyrıqlar, sol bazuda qançır-hematoma (dəri altına qan yığılması) və sol diz oynağında qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, yetirlilmə müddəti 22 aprel 2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edib işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də Şəxs əməlləri İXM-nin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.i Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, İXM-nin 327.8-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək məhhdudlaşdırılması və 300 manat cərimə nəzərdə tutulduğu halda, İXM-nin 327.2-ci maddəsində 100 manat cərimə tənbehi nəzərdə tutulmuşdur. İnzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiqdir. Hesab edirəm ki, Şəxs barəsində inzibati cərimə tənbehi tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə İXM-nin 327.8-ci maddəsinə əsasən barəsində 300 manat inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-243/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-243/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver