Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-25/2025 22.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu Məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə xx xxxx 1989-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1-ci və 510cu maddələri ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döymüş ona qarşı nalayiq ifadələr işlətmiş və onun HONOR X-7A telefonunu əlindən alaraq sındırmışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 157, 232-1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Ağcabədi şəhəri 1 saylı tam orta məktəbin qarşısında piyada gedən zaman Zərərçəkmiş şəxs ilə rastlaşan zaman o heç bir söz demədən onu nalayiq ifadələrlə təhqir etmiş, o da qarşılıq olaraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Lakin Mübahisə zamanı o, Pərvin Əliyavanı vurmamış, ona heç bir xəsarət yetirməmiş, eyni zamanda Zərərçəkmiş şəxs mobil telefonunu sındırmamışdır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Ağcabədi şəhəri 1 saylı tam orta məktəbin qarşısında iş yerinə gedən vaxt yolda Şəxs ilə aralarında mübahisə olmuş, mübahisə zamanı o əlində olan siqareti onun üzərinə atmış, sonra isə nalayiq ifadələrlə onu təhqir etmiş, şərəf ləyaqətini alçaltmışdır. Sonra Şəxs ona yaxınlaşaraq sağ çiyin hissəsindən vurmuşdur. Daha sonra Rahib Əliyev ona məxsus HONOR X-7A markalı telefonu onun əlindən alaraq yerə vurmuş və nəticədə telefonunun ekran şüşəsi qırılaraq ona 100 manat maddi ziyanlıq dəymişdir. Odur ki, məhkəmədən qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməkdə təqsiri özünün qismən etirafı, eləcə də inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, HONOR X-7A markalı mobil telefonun ekranının 2025-ci ilin yanvar ayına olan pərakəndə satış qiyməti 85 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdən saat 17:40-dan Ağcabədi RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1-ci və 510-cu maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə İXM-nin 157-ci maddəsi ilə barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli, 21 yanvar 2025-ci il tarixdən saat 17:40-dan hesablansın. İş üzrə dəymiş zərərə görə Şəxsdan 85 manat tutularaq Zərərçəkmiş şəxs verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-25/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-25/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver