Məhkəmə qərarları › İş №3(017)-259/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-259/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-259/2024 14.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri, H.Aslanov küçəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 14 may 2024-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 16 aprel 2024cü il tarixdə Ağcabədi şəhər, H.Aslanov küçəsində əvvəllər yaşadıqları fərdi yaşayış evində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək, ona sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs evin işıq pulunu ödəmədiyi üçün evin elektrik sayğacının dəyişdirilməsi üçün Azərişıq idarəsinə məktub yazaraq müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Azərişıq idarəsinin işçiləri sayğacı dəyişmək üçün onun həyətinə gəlmiş, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs Azərişıq idarəsinin işçiləri və onunla sözlə mübahisə etmişdir. Zərərçəkmiş şəxs ilə aralarında mübahisə olsa da onun saçından tutb onu döyməmişdir. Odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs onun keçmiş həyat yoldaşıdır. Mehman işıq sayğacını ayırmaq istəmişdir. O, sayğacı ayırmamasını bildirdikdə Mehman onun saçından tutub yolmuş və çıxıb getmişdir. Hazırda inzibati xəta törədən şəxs Şəxs ilə barışmamışdır. Odur ki, Şəxs cəza verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta törədən şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, habelə iş materiallarını nəzərdən keçirərək, bu qənaətə gəlir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə olunmuş Ağcabədi RPŞ-nin təhqiqat bölməsinin 26 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, canlı şəxsin ekspertizasına dair məhkəmə tibb ekspertinin 16 aprel 2024-cü il tarixli, 206 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlər – başının sol təpə nahiyəsində şişkinlik, sol saidə qançır – küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə nəticəsində əmələ bilərdi, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddiirlər. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, hazırda zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamış və sonuncunun inzibati tənbehlə cəzalandırılmasını xahiş edir. Məhkəmə inzibati xəta törədən şəxs, zərərçəkmiş şəxsin və şahidin izahatını, habelə iş materiallarını nəzərdən keçirərək, bu qənaətə gəlir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar