Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-26/2023 26.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə xx xxxxx 1990-cı il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olur, Tərtər rayonunun İlxıçılar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Ağcabədi rayon polis şöbəsindən daxil olmuş materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası DİN-nin Ağcabədi rayon polis şöbəsindən material daxil olmuşdur. Həmin materiala əsasən, Şəxs 18 oktyabr 2022-ci il tarixdə saat 1200 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində sürət həddini aşaraq VAZ 2106 markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vəsatət verərək inzibati materialı baxılması üçün qeydiyyatda olduğu və yaşadığı yer üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə vəsatəti, iş materiallarını və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, həmin material aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tərtər rayonunun İlxıçılar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinin əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Həmin məcəllənin 109.1.7-ci maddəsinin tələbinə görə işin baxılması hakimin səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci və 110.1-ci maddələrini rəhbər tutaraq, qəraraalıram: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətaya dair material aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-26/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-26/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver