Məhkəmə qərarları › İş №3(017)-261/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-261/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-261/2025 02.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, X1 Ağcabədi rayon Yol patrul xidməti inspektoru polis serjantı X4 17 may 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: X3 barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib edilmişdir ondan ötrü ki, o, 15 may 2025-ci il tarixdə idarə etdiyi BMW 5281 markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə normativ tələbləri pozmaqla avadanlıq quraşdırmışdır. “İnzibati tənbeh vermə haqqında” TP ******* nömrəli qərara əsasən X5 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində cərimə olunmuşdur. X2 ərizəni onunla əaslandırmışdır ki, o, 15 may 2025-ci il tarixdə idarə etdiyi BMW 5281 markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, ona idarə etdiyi avtomobilə normativ tələbləri pozmaqla avadanlıq quraşdırıldığı bildirilmiş, o, isə heç bir avadanlıq quraşdırılmadığını heç bir qayda pozuntusu törətmədiyini bildirmiş, lakin yol patrul xidməti əməkdaşları onun avtomobilini duracağa apararaq barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən TP ******* nömrəli, inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir. Ona görə də qərarın əsassız tərtib edildiyini, heç bir inzibati xəta törətmədiyini əsas gətirərək 17 may 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa, inzibati xətanın mövcudluğunu göstərən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi səbəb olur. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. İş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, BMW 5281 markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə normativ tələbləri pozmaqla avadanlıq quraşdırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X5 BMW 5281 markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə normativ tələbləri pozmaqla avadanlıq quraşdırdığı üçün barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuşdur. Bundan başqa həmin vaxt X5 idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozmamasını təsdiq edən hər hansı mötəbər sübut və dəlili məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar