Məhkəmə qərarları › İş №3(017)-265/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-265/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-265/2025 12.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs-şikayətçi X2, Qərar qəbul etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 09 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 09 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 mart 2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 09 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X5 tərəfindən qəbul edilmiş 03 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək 10000 manat məbləğində cərimə edilmişdir. X4 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 09 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 mart 2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 09 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə 10000 manat cərimə edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, həmin əməllə əlaqədar hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati işə xitam verilmişdir. Ona görə də hesab edir ki, hazırki qərar da ləğv edilməlidir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 09 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 mart 2025-ci il tarixli qərarının surətini 11 aprel 2025-ci il tarixdə almışdır. Göstərdiklərini nəzərə alaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 09 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 09 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə göstərdi ki, 17 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 09 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X5 tərəfindən qəbul edilmiş 03 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək 10000 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı qanuni və əsaslı hesab edir. Həmçinin 03 mart 2025-ci il tarixli qərar vaxtında X3 göndərilmiş və X4 müddət keçdikdən sonra şikayət vermişdir. Ba halın da nəzərə alınaraq şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X2 məhkəməyə ünvanladığı şikayətindən və şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, X4 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 09 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək 10000 manat məbləğində cərimə edilmişdir. X4 həmin qərarı şikayətində göstərdiyi kimi 11 aprel 2025-ci il tarixdə qəbul etmiş və şikayətini 15 may 2025-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə ünvanlamışdır. Buradan da göründüyü kimi X4 şikayət vermə müddətini buraxdıqdan sonra qeyd olunan həmin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Ağcabədi Rayon Məhkəməsinə şikayət vermiş və şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikasıİnzibati Xətalar Məsəlləsinin 109.1.6cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 09 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 vermiş olduğu şikayət və şikayətə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məsəlləsinin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 09 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 vermiş olduğu şikayət və şikayətə əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar