Məhkəmə qərarları › İş №3(017)-271/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-271/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-271/2025 11.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs-X1 və 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X8 28 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i m: X6 barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə protokol tərtib edilmişdir ondan ötrü ki, o, 29 iyun 2024-cü il tarixdə Ağcabədi rayonu Şənlik kəndinin yaxınlığında meşə fonduna daxil olmayan bələdiyyə mülkiyyətində olan bir ədəd bioloji inkişafda olmuş tut ağacını kök boğazından kəsərək məhv etmişdir. X2 ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Fəbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasi İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi səbəb göstərilməklə 2000(iki min) manat məbləğində cərimə edilmişdir. Həmin qərarda xx.xx.2024-cü il tarixdə Ağcabədi rayonu Şənlik kəndinin ərazisində, bələdiyyə mülkiyyətində olan bir ədəd inkişafda olan tut ağacını kök boğazından kəsərək meşə fonduna daxil olmayan ağacı məhv etdiyini göstərmişdir. Halbuki həmin hadisə inzibati tənbeh vermə haqqmata qərarda göstərilən şəraitdə baş verməmişdir. Belə ki, kənd sakinərinə məxsus əkin sahələrinə gedən yolun uzərində olan tut ağacı həmin sahələrə texnikanın gediş-gəlişi üçün maneə yaradırdı. 2024-cü ilin iyun ayında həmin vaxtı kənd bələdiyyəsinin sədri olmuş X3 müraciət olundu ki, maneçilik yaradan həmin tut ağacının kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edilsin. Bələdiyyə sədri Möhübbət də demişdir ki, hamin ağac bələdiyyə torpağındadır. O, özü Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verəcək və ağac kəsilə bilər. Bələdiyyə sədri Möhübbət İsmayılovun tapşırığı ilə özünə məxsus elektrik mişarla həmin tut ağacını kəsmişdir. Həmin hadisədən uzun müddət keçdikdən sonra xx.xx.2025-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya va Təbii Sərvətlər İdarəsinin əməkdaşı yaşadığı kəndə gələrək ona bildirdi ki kemiş bələdiyyə sədri Möhübbət İsmayılov onun və X9un qanunsuz ağac kəsməsi barədə məlumat verib. Onlar narazılıq etmişdir. Sonradan onlara məlum oldu ki, o və Faiq Ramazanova ağac kəsməyə görə 2000 manat cərimə olunmuşdur. Həmin agacı kəsilməsi keçmiş bələdiyyə sədri Möhübbət İsmayılovun tapşırığı və onun iştirakı ilə olmuşdur. X9 isə ağac kəsilən zaman orada olmuşdur. Möhübbət İsmayilov uzun müddət keçəndən sonra bizə olan qərəzli münasibətə görə şikayət etmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını, barəsində qeyri-obyektiv və qanunsuz tərtib olunmuş 28 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 izahatında bildirdi ki, 29 iyun 2024-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Ağcabədi rayonu Şənlik kəndi ərazisində yerləşən bələdiyyəyə məxsus torpaq sahəsində bir ədəd bioloji inkişafda olmuş tut ağacın X4 boğazından kəsərək məhv etmişdir. Ona görə də X7 barəsində protokol tərtib edilmiş və tərtib edilmiş protokol əsasında qərar qəbul edilmişdir. Hesab edir ki, qərar qanunu və əsaslıdır. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X8 28 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar