Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-272/2025 04.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 və X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: X3 barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə protokol tərtib edilmişdir ondan ötrü ki, o, 29 iyun 2024-cü il tarixdə bələdiyyə mülkiyyətində olan 01 ədəd diametri 24 sm olan yaş halda tut ağacını kök boğazından kəsdirərək meşə fonduna daxil olmayan ağacı məhv etmişdir. Məhkəmə iclasında şikayətçi X5 izahat verərək bildirdi ki, 29 iyun 2024-cü il tarixdə Ağcabədi rayonunun Şənlik kəndi ərazisində yerləşən kənd sakinlərinə məxsus əkin sahələrinə gedən yolun üzərində olan tut ağacı maneə yaratdığı üçün kənd bələdiyyəsinin sədri olmuş X2 bildirməklə onun razılığı əsasında kəsdirmişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun barəsində əsassız qərar qəbul edərək onu 2000 manat cərimə etmişdir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını və barəsində qanunsuz tərtib edilmiş 28 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 çıxış edərək bildirdi ki, X5 29 iyun 2024-cü il tarixdə bələdiyyə mülkiyyətində olan 01 ədəd diametri 24 sm olan yaş halda tut ağacını kök boğazından kəsdirərək meşə fonduna daxil olmayan ağacı məhv etdiyi üçün onun barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə protokol tərtib edilmiş və protokol əsasında qərar tərtib edilərək 2000 manat cərimə olunmuşdur. Hesab edir ki, qərar qanuni və əsaslıdır. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, 28 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 29 iyun 2024-cü il tarixdə bələdiyyə mülkiyyətində olan 01 ədəd diametri 24 sm olan yaş halda tut ağacını kök boğazından kəsdirərək meşə fonduna daxil olmayan ağacı məhv etdiyi üçün barəsində 2000 manat cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan foto şəkillərdən görünür ki, 01 ədəd yaş halda olan tut ağacı kök boğazından kəsilmişdir. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-272/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-272/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver