Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-280/2023 19.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, xx xxxxxx 1987-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, Ağcabədi rayonu, Şahmallar kəndində qeydiyyatda olmaqla Ağcabədi rayonu, Şahmallar kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 17 aprel 2023-cü tarixdə Ağcabədi şəhərinin ərazisində qanunsuz olaraq üzərində təmiz çəkisi 3,82 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu, Şahmallar kəndində yaşayır. O, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Ağcabədi rayonu, Şahmallar kəndində əkin sahəsində su suvaran zaman yerdə gördüyü kibrit qutusunda qurudulmuş marixuana tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Ağcabədi rayonu, Şahmallar kəndi ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitəni saxlamasında şübhəli olduğu üçün onu rayon polis şöbəsinə aparmışlar. O, RPŞ-nin inzibati binasında olan zaman vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmiş və o, özü könüllü sürətdə üzərində olan narkotik vasitə olan marixuananı polis əməkdaşlarına təqdim edərək bildirmişdir ki, onun üzərində aşkar olunan narkotik vasitə olan marixuananı xx.xx.2023-cü il tarixdə kəndlərinin ərazisində yerləşən kanalın üstündən kibrit qutusunda qurudulmuş marixuananı tapmışdır. Törətdiyi əmələ görə çox peşmandır. Odur ki, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X3 Bölməsinin xx.xx.2023-cü il tarixli, 18/424 nömrəli ekspertiza rəyindən görünür ki, Şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli gödəkçənin sol döş cibindən aşkar olunaraq götürülmüş bitki mənşəli kütlə narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və təmiz çəkisi 3,82 qramdır. İş materiallarına əlavə olunmuş 18 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Ağcabədi RPŞ-si təhqiqat bölməsində Şəxs əməlində yəni təmiz çəkisi 3,82 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlamasında cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Ağcabədi RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərara əsasən Ağcabədi RPŞ-nin İTB-nin polis sahə rəisi X1 Zaur Heydar oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsində təqsiri özünün etirafı, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, nəzərə alaraq, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş 3,82 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana məhv edilməklə, inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində on altı gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin.
2. İnzibati həbsin əvvəli 18 aprel 2023-cü il tarixdən saat 19:30-dan hesablansın.
3. İnzibati xətanın bilavasitə obyekti olmuş Ağcabədi rayon polis şöbəsində saxlanılan 3,82 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana məhv edilsin.
4. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər.
Hakim: Sulduz Ləzimov