Məhkəmə qərarları › İş №3(017)-283/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-283/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-283/2023 20.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu Muradov Malik Maarif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxxx 1973-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri, 28 May küçəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ağcabədi rayon prokurorluğundan daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 11 aprel 2023-cü il tarixdə saat 20:00 radələrində yaşadığı Ağcabədi şəhəri, 28 May küçəsində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zəmnində ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə onu döymüşdür. Bununla da onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2023-ci il tarixdə saat 20 radələrində evə gəlmiş və Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs evdən qaçmaq istəyərkən o, daş ilə onun baş və kürək nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs qaçaraq 102-yə zəng edərək ondan şikayət etmişdir. Törətdiyi əmələ görə çox peşmandır. Odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Şəxs yaşadıqları evə gələrək onu təhqir edərək üstünə gəlmiş oda qorxduğu üçün qaçmaq istəmiş və qaçarkən Şəxs onu daş ilə baş və kürək nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs qaçaraq 102-yə zəng edərək ondan şikayət etmişdir. Hazırda o, Şəxsla barışmamış və barışmaqda fikri yoxdur, çünki Mahmud həmişə onu söyərək döyür. Odur ki, Şəxs ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı X1 izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs 102 xidmətinə zəng edərək Şəxs şikayətçi olduğunu demişdir. O, hadisə yerinə getmiş, orada çox adamın olduğunu və onların orada mübahisə etdiyini və Şəxs Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətdiyini və onu döydüyünü eşitmişdir. Ər arvad arasında tez-tez münaqişələr olur. Məhkəmə inzibati xəta törədən şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatlarını, habelə iş materiallarını nəzərdən keçirərək, bu qənaətə gəlir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə olunmuş 17 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, canlı şəxsin ekspertizasına dair məhkəm-tibbi ekspertinin 13 aprel 2023-cü il tarixli, 210 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər-baçında şişkinlik, sağ və sol kürək nahiyəsində iki ədəd qançır-küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən daş atarq vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2023-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, hazırda zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamış və sonuncunun ağır inzibati tənbehlə cəzalandırılmasını israr edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 20 aprel 2023-cü il tarixdən saat 11:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar