Məhkəmə qərarları › İş №3(017)-284/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-284/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-284/2023 08.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1963-cü il tarixdə Ağcabədi rayonunun Qiyamadınlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Xocalı rayonunun Çanaxçı kəndində qeydiyyatda olmaqla Ağcabədi rayonunun Arazbar kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 12 mart 2023-cü il tarixdə Ağcabədi rayonunun Arazbar kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus 10 baş xırda buynuzlu heyvanı yerdən torpaq götürüb atmaqla hürküdüb qaçırtmaqla 10 baş xırda buynuzlu heyvanın ölümünə səbəb olmuşdur və Zərərçəkmiş şəxs 1860 manat məbləğində maddi zərər vurmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Material üzrə işin məhkəmə baxışı 08 iyun 2023-cü il tarixə saat 12:00-a təyin edilməklə, bu barədə məlumat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vaxtında bildirilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Bu halda Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 12 mart 2023cü il tarixdə Ağcabədi rayonunun Arazbar kəndi ərazisində heyvanları otarıb qayıdan vaxt Şəxs yerdən torpaq götürüb onun heyvanlarının qarşısına atmış, həmin vaxt heyvanlar hürüküb dərəyə tərəf qaçmış, dərədə heyvanlar bir-birinin üstündən keçdiyi üçün ona məxsus 10 baş xırda buynuzlu heyvan ölmüşdür. Hazırda ona dəymiş 1860 manat ziyan ödənilməmişdir. Aralarında heç bir barışıq əldə olunmamışdır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağcabədi rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlarının qanuniliyinin yoxlanılması nəticələrinə dair qərarından görünür ki, şikayətçi Şəxs Ağcabədi RPŞnin TB-nin təhqiqatçısı, polis mayoru X1 HK-1/809, 813 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 mart 2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs Zərərçəkmiş şəxs məxsus 10 baş xırda buynuzlu heyvanın qarşısına yerdən torpaq götürüb atmış, həmin vaxt heyvanlar dərəyə tərəf hürküb qaçmış, arxadan gələn heyvanlar birbirinin üstlərinə çıxmış və nəticədə Şəxs Zərərçəkmiş şəxs məxsus 10 baş xırda buynuzlu heyvanın ölümünə səbəb olmuşdur. Bununla da Zərərçəkmiş şəxs 1860 manat məbləğində maddi zərər dəymişdir. Həmin zərər ödənilməmişdir. Zərərçəkmiş şəxs Şəxs inzibati tənbehlə cəzalandırılmasını israr edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət yaradır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən İXM-nin 31-ci maddəsinə əsasən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 1860 manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar