Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-284/2024 06.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştrakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Xocalı rayonu Xanabad kəndində anadan olmuş, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Ağdam rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 02 oktyabr 2023-cü il tarixdə Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndi ərazisində qanunsuz olaraq üzərində bir ədəd kibrit qutusunda olan təmiz çəkisi - 2,92 qram olan bitki mənşəli narkotik maddə olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana saxlamışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 02 oktyabr 2023-cü il tarixdə Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndi ərazisində olan zaman polis əməkdaşları onu şübhəli şəxs qismində saxlayaraq rayon polis şöbəsinə aparmışlar. Ağcabdi RPŞ-nin inzibati binasında onun üzərinə baxış keçirilən zaman üzərində bir ədəd kibrit qutusunda olan təmiz çəkisi -2,92 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. O, narkotik vasitə olan marixuananı Ağdam rayon sakini X1 əlli manata almışdır. Hazırda törətdiyi əmələ görə çox peşman olmasını və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 03 oktyabr 2023-cü il tarixli, 18/967 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Şəxs üzərindən sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda olan təmiz çəkisi -2,92 qram kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş -2,92 qram olan marixuana məhv edilməklə, inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 320 (üç yüz iyirmi) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin.
2. İnzibati xətanın bilavasitə obyekti olmuş Ağdam rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan -2,92 qram tərkibində narkotik maddə olan qurudulmuş marixuana məhv edilsin.
3. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayət və ya apellyasiya protesti verilə bilər.
Hakim: Sulduz Ləzimov