Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-29/2024 22.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu Paşayev Babək Zahid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, 05 fevral 1995-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri Ş.Qurbanov küçəsi ev 159-da qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: İcra sənədi üzrə borclu Şəxs Ağcabədi Rayon Məhkəməsinin 2(017)-784/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXMnin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-784/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən ondan iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 130 manat olmaqla cəmi 260 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin borcunu ödəməmişdir. Ona görə ki, imkanı yoxdur. İmkanı olan kimi borcunu ödəyəcəkdir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-784/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 130 manat olmaqla cəmi 260 manat məbləğində pulun borclu Şəxs alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin borclu əvvəldə aliment borcunu ödəməməsinə görə inzibati qaydada 8 gün həbs edilməsinə baxmayaraq cəmi 250 manat ödəniş etmiş və hazırda Şəxs 2610 manat aliment borcu vardır. Özü heçbir yerdə işləmir uşağları saxlamaqda çətinlik çəkir. Odur ki, borclu barəsində göstərilən xüsusatların nəzərə alınmasını və həbslə bağlı cəza verilməsinixahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 çıxış edərək bildirdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-784/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 260 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədi üzrə tələbləri icra etmir. İcra məmurunun qanuni tələblərinə məhəl qoymur. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-784/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 260 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs Ağcabədi rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərardadına əsasən məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği ödənilənədək müvəqqəti məhdudlaşdırılmış, barəsində axtarış verilmiş, Ağcabədi rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 3-(017)-836/2023 saylı qərara əsasən səkkiz gün müddətə inzibati qayudada həbs olunmuşdur. Lakin borclu icra sənədi üzrə tələbləri qərəzli olaraq icra etmir, icra məmurunun qanuni tələblərinə məhəl qoymur və onun 2610 manat məbləğində aliment borcu vardır. Odur ki, göstərilənləri nəzərə alaraq qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Şəxs Ağcabədi Rayon Məhlkəməsinin xx.xx.2023cü il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 8 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməkdə təqsiri özünün etirafı, zərərçəkmişin izahatı, eləcədə Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun çıxışı, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, xətanın xarakterini, əmlak və maddi vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 18 (on səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 22 yanvar 2024-cü il tarixdən saat 1240-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-29/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-29/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver