Məhkəmə qərarları › İş №3(017)-3/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-3/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-3/2025 06.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 13 dekabr 2024-cü il tarixli, MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 13 dekabr 2024-cü il tarixdə Ağcabədi rayonu Aşağı Avşar kəndi (Mingəçevir-Bəhramtəpə yolu) ərazisində yerləşən “Yəhya Petrol” obyektinin fasadına müvafiq icazə sənədi alınmadan reklam yerləşdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinə işin baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin Şəxs və Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs və Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan foto şəkildən görünür ki, Ağcabədi rayonu Aşağı Avşar kəndi (Mingəçevir-Bəhramtəpə yolu) ərazisində yerləşən “Yəhya Petrol” obyektinin fasadı üzərində açıq məkanda reklam yerləşdirilmişdir. İş materialına əlavə edilmiş İnternet Vergi İdarəsində vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Şəxs (VÖEN **********) 8 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi fiziki şəxs olaraq qeydə alınmışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə hesab edir ki, Rüstəmov X2 rayonu Aşağı Avşar kəndi (Mingəçevir-Bəhramtəpə yolu) ərazisində yerləşən (VÖEN **********) “Yəhya Petrol” obyektinin fasadına müvafiq icazə sənədi alınmadan reklam yerləşdirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs barəsində inzibati cərimə tənbehinin aşağı həddinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar