Məhkəmə qərarları › İş №3(017)-314/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-314/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-314/2023 04.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Sabunçu Rayon Məhkəməsindən daxil olmuş materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Bakı şəhər Sabunçu Rayon Məhkəməsindən material daxil olmuşdur. Həmin materiala əsasən, Şəxs İnfiniti FX-35 markalı ** EK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini edarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanunla müəyyən edilmiş müddət ərzində ödəməmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. İşin məhkəmə baxışı zamanı müəyyən müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeydiyyatda olduğu ünvan ünvan 1 qeydiyyatdadır. Beləliklə iş materiallarını və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, həmin material aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən işin baxılması hakimin səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 40 və 109.1.7-ci maddələrini rəhbər tutaraq, qəraraalıram: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya dair material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar