Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-327/2024 13.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə xx xxx 1996-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 12 iyun 2024-cü il tarixdə Ağcabədi şəhəri S.Vurğun küçəsində heç bir əsaslı səbəb olmadan səs-küy salaraq polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır ki, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, 12 iyun 2024-cü il tarixdə idarə etdiyi avtomobillə hərəkətdə olarkən DYPB-nin əməkdaşı onu saxlatmış, ondan sənədləri tələb etmiş, o, nə üçün saxlandığını soruşmuş, bundan sonra polis əməkdaşı onun telefonunun götürmüş, telefonu qaytarmasını polis əməkdaşından tələb etmiş, sonra post patrul xidməti gəlib onu polis şöbəsinə aprmış, şöbədə barəsində protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolla razı deyildir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol qanunsuz və əsassızdır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid Ağcabədi RPŞ-nin DYPB-nin inspektoru X1 izahat verərək bildirdi ki, 12 iyun 2024-cü il tarixdə AR BDYPİ-nin əməkdaşları ilə reyd keçirən zaman sürücü Şəxs onun tərəfindən saxlanılmış, özünü təqdim etdikdən sonra ondan sənədləri təqdim etməsini istəmiş, lakin Şəxs sənədləri təqdim etməkdən imtina etmiş, həmin vaxt video çəkiliş etmiş, video çəkiliş etdiyi üçün telefonu Şəxs əlindən almış, bundan sonra aralarında mübahisə yarandığı üçün post patrul xidməti gəlib Şəxs polis şöbəsinə aparmışdır. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 12 iyun 2024-cü il tarixdə saat 15:10-da inzibati qaydada tutlulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edib işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də Şəxs əməlləri İXM-nin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.i Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, İXM-nin 535.1-ci maddəsində 200 manat cərimə və bir ayadək inzibati həbs tənbeh nəzərdə tutulduğu halda, İXM-nin 510-cu maddəsində 50 manatdan 100 manatadək cərimə, 15 günədək inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. İnzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, 12 iyun 2024-cü il tarixdən 13 iyun 2024-cü il tarixədək inzibati qaydada həbsdə olduğu müddəti nəzərə alaraq hesab edirəm ki, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiqdir. Hesab edirəm ki, Şəxs barəsində inzibati cərimə tənbehi tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə İXM-nin 535.1-ci maddəsinə əsasən barəsində 200 manat inzibati cərimə tənbehi tətbiq edilsin. İnzibati xəta törətmiş şəxs Şəxs 12 iyun 2024-cü il tarixdən 13 iyun 2024-cü il tarixədək inzibati qaydada həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində 100 manat cərimə cəzası saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-327/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-327/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver