Məhkəmə qərarları › İş №3(017)-349/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-349/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-349/2025 18.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1972-ci il tarixdə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 18 iyun 2025-ci il tarixli, MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 01 aprel 2025-ci il tarixdə saat 11 radələrində həyətdə quraşdırılmış kameranı taxta ilə vurub sındıraraq Zərərçəkmiş şəxs 200 manat maddi zərər vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır və onlar rəsmi olaraq ayrılmışlar. 01 aprel 2025-ci il tarixdə saat 11 radələrində evdə olarkən Zərərçəkmiş şəxs ona qarşı nalayiq sözlər işlətmiş və o da həyətdəki 2 ədəd müşahidə kamerasının 1 ədədini taxta ilə vurub sındırmışdır. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs onun keçmiş həyat yoldaşıdır və onlar rəsmi olaraq ayrılmışlar. Şəxs 01 aprel 2025-ci il tarixdə saat 11 radələrində aralarında mübahisə yaranmış və mübahisə zamanı Şəxs ona məxsus 2 ədəd müşahidə kamerasının 1 ədədini taxta ilə vuraraq sındırmış və ona 200 manat ziyan vurmuşdur. Şəxs ona dəymiş zərəri ödəməmişdir. Ona görə də məhkəmədən Şəxs qanuni cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 10 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağcabədi rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə olunmuş 10 aprel 2025-ci il tarixli məktubdan görünür ki, 01 ədəd HiVatch (Model HDCB2P-S1) markalı kameranın 2025-ci ilin aprel ayına olan pərakəndə satış qiyməti 200 manat təşkil edir. Məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 01 aprel 2025-ci il tarixdə saat 11 radələrində həyətdə quraşdırılmış kameranı taxta ilə vurub sındıraraq Zərərçəkmiş şəxs 200 manat maddi zərər vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət yaradır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən, məhkəmə onun təqsirinin dərəcəsini, xətanın xarakterini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş 200 manat ziyanın bir misli miqdarda, yəni 200 manat cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş 200 (iki yüz) manat ziyanın bir misli miqdarda, yəni 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar