Məhkəmə qərarları › İş №3(017)-350/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-350/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-350/2025 18.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Bakı şəhəri Binəqədi rayonu Çörək zavodu MMCdə maşinist işləyir, Xocavənd rayonunun Kuropatkino kəndində qeydiyyatda olmaqla, Ağcabədi şəhəri H.Aslanov küçəsi ev 342-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 01 aprel 2025-ci il tarixdə Ağcabədi şəhəri H.Aslanov küçəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı həyətə quraşdırılmış kameranı sındıraraq Zərərçəkmiş şəxs 200 manat dəyərində maddi zərər vurmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası çoxdandır ki, onunla ədavət aparır. 01 aprel 2025-ci il tarixdə atası ona şər böhtan atdığı üçün onunla aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbləşib həyətdəki kameranı sındırmışdır. Törətdiyi əməldən peşman deyildir. Ona görə də göstərilən xüsusatları nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs onun qızıdır. Qızı ilə keçmiş yoldaşı çoxdandır ki, onunla ədavət aparır. 01 aprel 2025-ci il tarixdə evdə olarkən həyətdən səs eşidib həyətə çıxmış, qızı Tünzaləni və yoldaşı Sədaqəti görmüş, həmin vaxt onlar onu söyüb təhqir etmiş, sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı qızı Tünzalə və yoldaşı Sədaqət həyətdə olan kameranı sındımışdır. Hazırda ona dəymiş ziyanı ödənilməmişdir. Odur ki, Tünzalə barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağcabədi rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs Zərərçəkmiş şəxs yaşadığı həyətə quraşdırılmış kameranı sındıraraq Zərərçəkmiş şəxs 200 manat dəyərində maddi zərər vurmuşdur. Zərərçəkmiş şəxs Şəxs inzibati tənbehlə cəzalandırılmasını israr edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət yaradır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən İXM-nin 31-ci maddəsinə əsasən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 200 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar