Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-351/2024 03.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1183/2023 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X7 verdiyi izahatında göstərdi ki, Şəxs Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 15 yanvar 2007-ci il tarixli 3 nömrəli sərəncamı ilə yaradılmışdır. İdarə təsərrüfat hesablı müəssisə kimi fəaliyyət göstərir və Ağcabədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş Nizamnamə əsasında fəaliyyət göstərir. İdarənin fəaliyyətinə Ağcabədi rayon İcra Hakimiyyəti nəzarət edir. Ağcabədi rayon İcra Hakimiyyəti idarənin rəhbərliyinin fəaliyyətini qiymətləndirir və lazım gəldikdə kadr dəyişikliyini həyata keçirir. Ağcabədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən Şəxs 2023-2024-cü illər üzrə təsdiqlənmiş ştat cədvəlində baş mühəndis vəzifəsi ləğv edilərək Mənzil Təsərrüfatı şöbəsi yaradılmış və baş mühəndis vəzifəsinə bərabər tutulan şöbə rəisi vəzifəsi ilə əvəz edilmişdir. Şəxs ştat cədvəli Ağcabədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunur. Buna görə də Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1183/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tələbkar Zərərçəkmiş şəxs baş mühəndis vəzifəsinə bərabər tutulan şöbə rəisi vəzifəsinə təyin edilmiş, bu barədə xx.xx.2024-cü il tarixli 107 nömrəli əmr verilmişdir. Həmin əmrə əsasən idarənin Zərərçəkmiş şəxs barəsində verilmiş xx.xx.2023-cü il tarixli 16 nömrəli əmri ləğv edilmiş, xx.xx.2024-cü il tarixdən Ağcabədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən Şəxs xx.xx.2024-cü il tarixə təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq və baş mühəndis vəzifəsinə bərabər tutulan Mənzil Təsərrüfat şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, həmçinin xx.xx.2023-cü il tarixdən məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi idarənin baş mühasibinə əmr edilmişdir. Bu barədə rəsmi qaydada Zərərçəkmiş şəxs və Ağcabədi rayon İcra və Probasiya şöbəsinə məlumat verilmişdir. Buna baxmayaraq əsasız və qanunsuz olaraq idarə haqqında protokol yazılaraq məhkəməyə göndərilmişdir. Ona görə də qeyd edilən xüsusatların nəzərə alınmasını və Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1183/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs xx.xx.2023-cü il tarixli 16 saylı əmr ləğv edilərək o, baş mühəndis vəzifəsinə bərpa edilərək məcburi iş buraxmaya görə əmək haqqı xx.xx.2023-cü il tarixdən hesablanaraq ödənilməsi qət edilmişdir. Lakin Şəxs rəisi Səfər Səfərov həmin ştatı ləğv edərək onu Mənzil Təsərrüfatı şöbəsinin rəisi vəzifəsinə təyin etmişdir. Bu barədə Ağcabədi rayon İcra və Probasiya şöbəsində ona şifahi bildirilmişdir. Hesab edir ki, idarənin rəisi ona qarşı qərəzlidir. Bu səbəbdən də baş mühəndis vəzifəsi qeyri-qanuni ləğv edilmişdir. İdarə qərəzli olaraq qətnamənin icrasını yerinə yetirməkdən boyun qaçırmaqla qətnamənin icrasından yayınmışdır. Qətnaməyə əsasən xx.xx.2023-cü il tarixli 16 nömrəli əmr ləğv edilərək baş mühəndis vəzifəsinə təyin edilməlidir. Ona görə də təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1183/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2023-cü il tarixli 16 nömrəli əmri ləğv edilməli, Zərərçəkmiş şəxs Şəxs baş mühəndis vəzifəsinə bərpa edilməli və ona məcburi iş buraxmaya görə əmək haqqı xx.xx.2023-cü il tarixdən hesablanaraq ödənilməlidir. Həmin icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və bu barədə tərəflərə məlumat verilmişdir. İcra vərəqəsi üzrə borclu Şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək Ağcabədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin 2024-cü il tarixə təsdiqlənmiş ştat cədvəlində baş mühəndis vəzifəsi ləğv edilərək Mənzil Təsərrüfatı şöbəsi yaradıldığı üçün tələbkar Zərərçəkmiş şəxs baş mühəndis vəzifəsinə bərabər tutulan şöbə rəisi vəzifəsinə təyin edildiyi bildirilmiş, əmrin surəti və digər sənədlər şöbəyə təqdim olunmuşdur. Bununla bağlı tələbkar Zərərçəkmiş şəxs məlumat verilmiş və şöbəyə dəvət olunmuşdur. Lakin tələbkar həmin əmrlə razılaşmadığını bildirmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını və qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin və tələbkarın izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin icra sənədini icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi göstərilsə də, onun icra sənədini hansı səbəbdən icra etməməsi və icra məmurunun hansı qanuni tələblərini yerinə yetirməməsi öz əksini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin icra sənədini üzrsüz səbəbdən icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Zərərçəkmiş şəxs Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1183/2023 nömrəli xx.xx.2023-cü il tarixli Şəxs barəsində çıxarılmış məhkəmə qətnaməsinə əsasən Ağcabədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin 2024cü il tarixə təsdiqlənmiş ştat cədvəlində baş mühəndis vəzifəsi ləğv edilərək Mənzil Təsərrüfatı şöbəsi yaradıldığı üçün tələbkar Zərərçəkmiş şəxs baş mühəndis vəzifəsinə bərabər tutulan şöbə rəisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarə rəisinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarə rəisinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən tələbkar Zərərçəkmiş şəxs Ağcabədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin 2024-cü il tarixə təsdiqlənmiş ştat cədvəlində baş mühəndis vəzifəsi ləğv edilərək Mənzil Təsərrüfatı şöbəsi yaradıldığı üçün baş mühəndis vəzifəsinə bərabər tutulan şöbə rəisi vəzifəsinə təyin edilmiş və xx.xx.2023-cü il tarixdən məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq Zərərçəkmiş şəxs ödənilməsi əmr edilmişdir. Həmçinin, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan sənədlərdən görünür ki, Şəxs Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 15 yanvar 2007-ci il tarixli 3 nömrəli sərəncamı ilə yaradılmış, idarə təsərrüfat hesablı müəssisə kimi fəaliyyət göstərir və Ağcabədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş Nizamnamə əsasında fəaliyyət göstərir. İdarənin fəaliyyətinə Ağcabədi rayon İcra Hakimiyyəti nəzarət edir. Ağcabədi rayon İcra Hakimiyyəti idarənin rəhbərliyinin fəaliyyətini qiymətləndirir və lazım gəldikdə kadr dəyişikliyini həyata keçirir. Ağcabədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən Şəxs 2023-2024-cü illər üzrə təsdiqlənmiş ştat cədvəlində baş mühəndis vəzifəsi ləğv edilərək Mənzil Təsərrüfatı şöbəsi yaradılmış və baş mühəndis vəzifəsinə bərabər tutulan şöbə rəisi vəzifəsi ilə əvəz edilmişdir. Şəxs ştat cədvəli Ağcabədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunur. Buna görə də Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1183/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tələbkar Zərərçəkmiş şəxs baş mühəndis vəzifəsinə bərabər tutulan şöbə rəisi vəzifəsinə təyin edilmiş, bu barədə xx.xx.2024-cü il tarixli 107 nömrəli əmr verilmişdir. Həmin əmrə əsasən idarənin Zərərçəkmiş şəxs barəsində verilmiş xx.xx.2023-cü il tarixli 16 nömrəli əmri ləğv edilmiş, xx.xx.2024-cü il tarixdən Ağcabədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən Şəxs xx.xx.2024-cü il tarixə təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq və baş mühəndis vəzifəsinə bərabər tutulan Mənzil Təsərrüfat şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, həmçinin xx.xx.2023-cü il tarixdən məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi idarənin baş mühasibinə əmr edilmişdir. Bu barədə rəsmi qaydada Zərərçəkmiş şəxs və Ağcabədi rayon İcra və Probasiya şöbəsinə məlumat verilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün şəxsin həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarından görünür ki, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Borclunun əmlak vəziyyəti, maddi durumu və digər hallar icra məmuru tərəfindən məcburi icra tədbirləri vasitəsilə də icra sənədinin icrasını mümkün etmədikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə işdə iştirak edən şəxslər tərəfindən ərizənin verilməsi istisna edilməməlidir (“İcra haqqında” Qanunun 15-ci maddəsi). Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-351/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-351/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver