Məhkəmə qərarları › İş №3(017)-351/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-351/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-351/2025 18.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 17 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 07 may 2025ci il tarixdə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 aldadaraq dələduzluq yolu ilə hər birinin 400 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 aldadaraq dələduzluq yolu ilə hər birinin 400 manat pulunu ələ keçirməsi ilə bağlı barəsində protokol tərtib edilmişdir. Lakin o, protokolla razı deyildir. Belə ki, o, heç kimdən pul almamışdır. Pulu Fərid adlı şəxs onun adından istifadə edərək almışdır. Ona görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 göstərdi ki, 07 may 2025-ci il tarixdə “Vhatsapp” vasitəsilə ***-***-**-** nömrəsindən yazan şəxs özünü Ağcabədi rayonu üzrə Təhsil Sektorunun müdiri olduğunu bildirərək ondan 400 manat borc pul istəmişdir. O, da inanaraq həmin şəxsin dediyi bank hesabına 400 manat pul göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs dələduzdur və onu aldatmışdır. Ağcabədi RPŞ-də olarkən Şəxs ona dəymiş 400 manat ziyanı ödəyəcəyini bildirərək barəsində şikayət etməməsini bildirsə də, ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 göstərdi ki, 07 may 2025-ci il tarixdə “Vhatsapp” vasitəsilə ***-***-**-** nömrəsindən yazan şəxs özünü Ağcabədi rayonu üzrə Təhsil Sektorunun müdiri olduğunu bildirərək ondan 400 manat borc pul istəmişdir. O, da inanaraq həmin şəxsin dediyi bank hesabına 400 manat pul göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs dələduzdur və onu aldatmışdır. Ağcabədi RPŞ-də olarkən Şəxs ona dəymiş 400 manat ziyanı ödəyəcəyini bildirərək barəsində şikayət etməməsini bildirsə də, ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 göstərdi ki, 07 may 2025-ci il tarixdə “Vhatsapp” vasitəsilə ***-***-**-** nömrəsindən yazan şəxs özünü Ağcabədi rayonu üzrə Təhsil Sektorunun müdiri olduğunu bildirərək ondan 400 manat borc pul istəmişdir. O, da inanaraq həmin şəxsin dediyi bank hesabına 400 manat pul göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs dələduzdur və onu aldatmışdır. Ağcabədi RPŞ-də olarkən Şəxs ona dəymiş 400 manat ziyanı ödəyəcəyini bildirərək barəsində şikayət etməməsini bildirsə də, ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 göstərdi ki, 07 may 2025-ci il tarixdə “Vhatsapp” vasitəsilə ***-***-**-** nömrəsindən yazan şəxs özünü Ağcabədi rayonu üzrə Təhsil Sektorunun müdiri olduğunu bildirərək ondan 400 manat borc pul istəmişdir. O, da inanaraq həmin şəxsin dediyi bank hesabına 400 manat pul göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs dələduzdur və onu aldatmışdır. Ağcabədi RPŞ-də olarkən Şəxs ona dəymiş 400 manat ziyanı ödəyəcəyini bildirərək barəsində şikayət etməməsini bildirsə də, ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 göstərdi ki, 07 may 2025-ci il tarixdə “Vhatsapp” vasitəsilə ***-***-**-** nömrəsindən yazan şəxs özünü Ağcabədi rayonu üzrə Təhsil Sektorunun müdiri olduğunu bildirərək ondan 400 manat borc pul istəmişdir. O, da inanaraq həmin şəxsin dediyi bank hesabına 400 manat pul göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs dələduzdur və onu aldatmışdır. Ağcabədi RPŞ-də olarkən Şəxs ona dəymiş 400 manat ziyanı ödəyəcəyini bildirərək barəsində şikayət etməməsini bildirsə də, ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də ona dəymiş ziyanın ödənilməsini tələb edir. İş materiallarına əlavə olunmuş 19 may 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 müraciətləri əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağcabədi rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 07 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 aldadaraq dələduzluq yolu ilə hər birinin 400 manat pulunu ələ keçirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin dispozisiyasına görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin maddənin qeyd hissəsindən görünür ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsindən görünür ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkibi yaranmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan üç ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Materiala əlavə edilmiş 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətaya görə 16 iyun 2025-ci il tarixdə saat 20:10-da tutulmuşdur. Ona görə də inzibati həbs etmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 16 iyun 2025-ci il tarixdən saat 20:10 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar