Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-353/2024 01.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu, Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, və Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri, T.İsmayılov küçəsi ev 60-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2577/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə hər ay uşağa görə 120 manat məbləğində aliment pulunun ondan tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Şəxs bu günə kimi aliment borcunu ödəməmiş və onun 1544 manat məbləğində aliment borcu yaranmışdır. Borclu icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməmişdir. Bununla o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, barəsində çıxarılmış məhkəmə qətnaməsinə hörmətlə yanaşır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2577/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə hər ay uşağa görə 120 manat məbləğində aliment pulunun ondan tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. O, bu günə kimi aliment borcunu ödəməmiş və onun 1544 manat məbləğində aliment borcu yaranmışdır. Onun maddi imkanı yoxdur və heç yerdə işləmir. Ona görədə aliment pulunu ödəməmişdir. Hazırda borcundan 200 manat ödəniş etmiş və veteranlıq kartından 224 manat məbləğində pul tutulmuşdur. Ona görə məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2577/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə hər ay uşağa görə 120 manat aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəxs bu günə kimi borcundan 200 manat ödəniş etmiş və veteranlıq kartından 224 manat məbləğində pul tutulmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il qətnaməsi ilə aliment məbləği artırılaraq 200 manat məbləğində təyin edilmişdir. Hazırda Şəxs tələbkar Zərərçəkmiş şəxs 1920 manat aliment borcu qalmışdır. Şəxs icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirməmişdir. Odur ki, qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməkdə təqsiri özünün etirafı, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 çıxışı, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, xətanın xarakterini, əmlak və maddi vəziyyətini və borcundan qismən ödəniş etməsini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli bu gündən, yəni 01 noyabr 2024-cü il tarixdən saat 10:25-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-353/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-353/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver