Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-355/2025 03.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzrəti Xidməti X2 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən Şəxs MMC-yə məxsus aptekdə 25 aprel 2025-ci il tarixdə yanğın-texniki müayinə zamanı çağırış xidmətlərinin telefon nömrələri gözlə görülən yerdə asılmamış, qadağanedici, bildirici nişanlar asılmamış, təxliyyə yollarının maneələrlə qapadılması, yanacaqla işləyən generator üçün obyektdən kənarda yerboyu binanın anbarı otağında saxlanılması və s. tələblərin pozulduğu aşkar edilmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi çıxış edərək bildirdi ki, Şəxs MMC-yə məxsus 731 saylı aptekdə aparılmış yoxlama həqiqəti əks etdirmir. Belə ki, aşkarlanan qüsurlar dərhal aradan qaldırılmışdır. Hal-hazırda heç bir qüsur qalmamışdır. Odur ki, göstərilən xüsusastların nəzərə alınmasını xahiş etdi. Məhkəmə, Şəxs nümayəndəsini dinləyib, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 25 aprel 2025-ci il tarixdə Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən Şəxs MMC-yə məxsus aptekdə yanğıntexniki müayinə zamanı çağırış xidmətlərinin telefon nömrələri gözlə görülən yerdə asılmamış, qadağanedici, bildirici nişanlar asılmamış, təxliyyə yollarının maneələrlə qapadılması, yanacaqla işləyən generator üçün obyektdən kənarda yerboyu binanın anbarı otağında saxlanılması və s. tələblərin pozulduğu aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə yaranır və fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin bu xətanı törətməkdə təqsiri inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə müvafiq olaraq inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alıb Şəxs MMC-nin barəsində inzibati tənbeh növündə cərimə cəzasını tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-355/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-355/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver