Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-37/2023 07.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin sədri X8 Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, • 24 avqust 1982-ci il tarixdə Ağdam rayonunda • anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, • ailəli, fərdi əməklə məşğul olan, Ağdam rayonunun • Marzili kəndində qeydiyyatda olmaqla Ağdam • rayonunun Quzanlı qəsəbəsində yaşayan İbrahimov • Nizaməddin Xalıqverdi oğlu haqqında Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, müəyyən etdim: Şəxs 02 fevral 2023-cü il tarixdə saat 12:09 radələrində sərxoş vəziyyətdə "Kamaz 55111" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 02 fevral 2023-cü il tarixdə təxminən saat 12:00 radələrində "Kamaz 55111" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağcabədi şəhəri istiqamətinə doğru hərəkət etmiş, həmin vaxt polis əməkdaşları onu saxlatmış, o, idarə etdiyi Kamaz markalı nəqliyyat vasitəsindən enərək polis əməkdaşlarının yanına gəlmiş, polis əməkdaşları ona dövlət qeydiyyat nişanın pozulduğunu və sərxoş olduğunu bildirib onu müayinə etmək istəmiş, sonra onu polis şöbəsinə aparmış, şöbədən tibbi müayinə olunması üçün Ağcabədi rayon Mərkəzi xəstəxanasının təcili yardım məntəqəsinə aparılmış, xəstəxanada polisin alkotesteri vasitəsi ilə müayinə olunmuş, yoxlama zamanı sərxoş olduğu müəyyən olunmuş, sonra şöbəyə gətirilmiş, barəsində protokol tərtib edilmiş, ondan ayıq sürücü gəlməsi tələb olunmuş, o da tanışı Mehman Quliyevə şöbəyə gəlməsini bildirmiş, Mehman Quliyev şöbəyə gəlmiş, şöbədə Mehman imza etdikdən sonra ona "Kamaz 55111" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini şöbənin yanından aparılması bildirilmiş, o da "Kamaz 55111" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini aparmaq istəmiş, lakin o, X11 markalı nəqliyyat vasitəsini aparmamasını bildirmiş, bundan sonra Mehman Quliyev çıxıb getmiş, sonra o, polis şöbəsinə gedərək Kamaz markalı nəqliyyat vasitəsinin açarlarını alıb Kamaz markalı nəqliyyat vasitəsini idarə edərək İmişli rayon Mərkəzi Xəstəxanasına sərxoşluq vəziyyətinin yoxlanması ilə əlaqədar tibbi müayinə olunmaq üçün getmiş, müayinə zamanı sərxoş olmadığı müəyyən edilmişdir. Ona görə də, barəsində tərtib edilmiş protokolla razı deyildir, belə ki, o, içki içməmiş, həmin vaxt sərxoş olmamışdır. Odur ki, göstərilənlərin nəzərə alınmasını və barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon polis şöbəsinin Yol patrul xidməti inspektoru X9 çıxış edərək bildirdi ki. 02 fevral 2023-cü il tarixdə təxminən saat 12:00 radələrində Yol patrul xidməti inspektoru X4 ilə xidmətdə olarkən Kamaz 55111 markalı ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlatmış, həmin vaxt sürücü sərxoş olduğu üçün onu Ağcabədi rayon Mərkəzi xəstəxanasına aparmış, xəstəxanada alkotester vasitəsi ilə tibbi müayinə olunmuş və müayinə zamanı Şəxs sərxoş olduğunu müəyyən olunmuşdur. Bundan sonra Şəxs Agcabadi RPŞ-nə barəsində protokol tartib edilmiş və Kamaz minik nəqliyyat vasitasi Şəxs tanışı Mehrman Quliyevə iltizama imza etdirilməklə təhvil verilmişdir. Hesab edir ki, protokol qanuni və əsaslıdır. Məhkəmə iclasında Ağcabədi rayon polis şöbəsinin Yol patrul xidməti inspektoru X5 çıxış edərək bildirdi ki, 02 fevral 2023-cü il tarixdə təxminən saat 12:00 radələrində Yol patrul xidməti inspektoru X9 ilə xidmətdə olarkən Kamaz 55111" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlatmış, həmin vaxt sürücü sərxoş olduğu üçün müayinə olunmaq üçün Ağcabədi rayon Mərkəzi xəstəxanasına aparılmış, müayinə zamanı Şəxs sərxoş olduğu müəyyən olunmuşdur. Bundan sonra Şəxs Ağcabədi RPŞ-nə gətirilərək barəsində protokol tərtib edilmiş və Kamaz markalı nəqliyyat vasitəsi Şəxs tanışı Mehman Quliyevə iltizama imza etdirilməklə təhvil verilmişdir. Məhkəmə iclasında X3 izahat verərək bildirdi ki, 02 fevral 2023-cü il tarixdə təxminən saat 12:00 radələrində Ağcabədi rayon Mərkəzi xəstəxanasının təcili yardım məntəqəsində olarkən Ağcabədi RPŞ-nin Yol patrul xidməti əməkdaşları Şəxs müayinə etmək üçün xəstəxanaya gətirmiş, həmin vaxt o alkotester vasitəsi ilə Şəxs müayinə etmiş, müayinə zamanı Şəxs 0,318% promil alkoqol sərxoş olması məlum olmuşdur. Məhkəmə iclasında X6 izahat verərək bildirdi ki, 02 fevral 2023-cü il tarixdə tanışı Şəxs ondan sərxoş olduğu üçün özünə maxsus "Kamaz 55111" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürməyini və Ağcabədi RPŞ-nin DYPB-nə gedib iltizama imza etməyi xahiş etmiş, o da polis şöbəsinə gedib iltizama imza etmiş, sonra "Kamaz 55111" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürüb aparmaq istəmiş, lakin Şəxs sürməyinə icazə verməmişdir. Bundan sonra çıxıb getmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşşdirilməsi barədə akıdan görünür ki, Şəxs "Kamaz 55111" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş idarə etdiyi üçün nəqliyyat vasitəsi Ağcbaədi RPŞ-nin mühafizə olunan duracağına yerləşdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 25 nömrəli sərxoşluq vəziyyəti tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:40 radələrində müayinə olunmuş və müayinə zamanı 0,318% promil alkoqol sərxoş olduğu müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, X7 tərəfindən Şəxs idarə etdiyi "Kamaz 55111 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürülüb aparılması barədə im edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 227 nömrəli sərxoşluq vəziyyəti tib müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2023-cü il tarix İmişli rayon Mərkəzi xəstəxanasında müayinə olunmuş və müayinə zamanı sərxoş olması bar heç bir məlumat aşkar olunmamışdır. Beləliklə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatı, şahid ifadələri və iş materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2023-tarixdə saat 12:09 radələrində sarxoş vəziyyətdə "Kamaz 55111" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmiş, həmin vaxt Ağcabədi rayon Mərkəzi xəstəxanasında alkotester vasitəsi ilə müayinə olunmuş, müayinəyə əsasən 0,318% promil sərxoşluq dərəcəsi müəyyən edilmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş İmişli rayon Mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli 227 nömrəli sərxoşluq vəziyyəti tibbi müayinəsi aktı düzgün tərtib edilməmiş, həmin aktda Şəxs hansı saatda müayinə olunduğu və müayinə aktında müayinə aktını göndərən və alan şəxsin imzası adı və soyadı qeyd edilməmişdir. Ona görə də bu müayinə aktı sübut kimi qəbul edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri, izahatı, şahid ifadələri, eləcə də inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat miqdarda inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-37/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-37/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver