Məhkəmə qərarları › İş №3(017)-375/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-375/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-375/2024 16.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu məhkəmə iclas katibi Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, xx.xx.1958-ci il tarixdə anadan olmuş, Ağcabədi rayonunun Qaraxanlı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Ağcabədi rayon Qaraxanlı bələdiyyəsinin sədri Şəxs 2023-cü il üçün nəzərdə tutulmuş yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları idarəyə təqdim etməmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Material üzrə işin məhkəmə baxışı 16 iyul 2024-cü il tarixə təyin edilməklə, bu barədə məlumat tərəflərə vaxtında bildirilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Bu halda, məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 64.3-cü maddələrinin tələbinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri inzibati xəta haqqında tərtib edilmiş protokol və digər rəsmi sənədlərlə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, xətanın xarakterini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və X1 Azərbaycan Respublikası Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m:

1. İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1000 (min) manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilsin.

2. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər.

Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar