Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-38/2023 06.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1959-cu il tarixdə Laçın rayonunda anadan olmuş anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Laçın rayonunun Vağazin kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu Taxta Körpü qəsəbəsi ev 8-də qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan 03 fevral 2023-cü il tarixdə, saat 14:50 radələrində idarə etdiyi Mercedes Benz C 200 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində hərəkətdə olarkən manevr qaydasını pozmuş, nəticədə düzünə hərəkət edən Zərərçəkmiş şəxs məxsus “VAZ 2103” markalı ** BD *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir ki, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 03 fevral 2023-cü il tarixdə, saat 1450 radələrində idarə etdiyi Mercedes Benz C 200 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində hərəkətdə olarkən manevr qaydasını pozmuş, nəticədə düzünə hərəkət edən Zərərçəkmiş şəxs məxsus “VAZ 2103” markalı ** BD *** dövlət qeydiyyat nişanlı minik avtomobilini vurmuşdur. Hadisə vaxtı xəsarət alan olmamışdır. Dəymiş ziyanı ödəmişdir. Törətdiyi əməldən peşmandır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, 03 fevral 2023-cü il tarixdə, saat 1450 radələrində Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində özünə məxsus “VAZ 2103” markalı ** BD *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə düzünə hərəkət edərkən qarşıdan gələn Mercedes Benz C 200 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən manevr edərək onun idarə etdiyi VAZ 2103 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Hadisə vaxtı ona dəymiş ziyan ödənilmişdir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri özünün etirafı, zərərçəkmiş şəxslərin izahatı, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıram. Hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 400 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-38/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-38/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver