Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-380/2023 30.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, X1 və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarının məcburi icraya yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə baxaraq m ü ə y y ə n e t d i m: X3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar çıxarılmış şəxs X3 ərizə ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edildiyini, cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyini, həmin cərimənin üzərinə 300 manat dəbbə pulu gəldiyini, barəsində inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edildiyini bildirərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarın məcburi icraya yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarın məcburi icraya yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 şikayəti qəbul etmədi və bildirdi ki, X3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Lakin qərar qəbul olunduqdan sonra X3 cəriməni qanunla müəyyən olunmuş qaydada ödəmədiyi üçün barəsində 10 may 2023-cü il tarixdə qərar qəbul olunaraq həmin cərimənin üzərinə 300 manat dəbbə pulu hesablanmışdır. Şikayətçi 10 may 2023-cü il tarixdə qəbul olunmuş qərarın ləğv edilməsini xahiş etmişdir. Hazırda tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərar qüvvədədir, ondan şikayət verilməmişdir və icraya yönəldilmişdir. Odur ki, məcburi icraya yönəldilmə barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, ərizə və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, X3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 inzibati tənbeh vermə haqqında xx.xx.2022ci il tarixli MN ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan şikayət verilməmiş və qərar icraya yönəldilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərar qüvvədə olduğu halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 10 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə heç bir əsas yaranmır. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 elementobyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarının məcburi icraya yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-380/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-380/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver