Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-380/2024 19.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X8 izahatında göstərdi ki, barəsində olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 27 iyun 2024cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla razı deyil və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilməsi qanunsuzdur. Belə ki, yaşadığı evdə saxladığı heyvanların peynini “Kür” çayının təxminən 15-20 metr kənarına töküb qurutduqdan sonra istifadə edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin əraziyə baxış keçirmişlər və ondan bu barədə izahat almışlar. Həmin əməkdaşlar ona xəbərdarlıq ediləcəyini bildirsələr də, onu 600 manat cərimə etmişlər. Onun cərimə ödəməyə maddi imkanı yoxdur və ona görə də şikayətinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş məsləhətçi vəzifəsində işləyir. Ağcabədi rayon ərazidə reyd apararkən 04 iyun 2024-cü il tarixdə Ağcabədi rayon Nəcəfqulubəyli kəndi ərazisində X3 tullantıları “Kür” çayının təxminən 15- 20 metr kənarına tökməsi müəyyən olunmuşdur. Bununla əlaqədar X5 qanunvericiliyin tələbinin pozulması barədə məlumat verməklə ondan müvafiq qaydada izahat alınmışdır. Bundan sonra, X3 əməlində inzibati xəta tərkibi olduğu üçün onun barəsində 04 iyun 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında 27 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, X3 barəsində tərtib edilmiş protokol və həmin protokolun əsasında qəbul edilmiş qərar tam əsaslıdır. Ona görə də X3 verdiyi şikayətin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Ağcabədi rayonu Nəcəfqulubəyli kəndində yaşayan X8 tərəfindən mütamadi olaraq məişət tullantılarını “Kür” çayının nəzarət hissəsinə qalaqlandıraraq yandırır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Ağcabədi rayonu Nəcəfqulubəyli kəndində yaşayan X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilərək 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0 və 264.0.1-ci maddələrinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir; inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) (75.0.1); inzibati xəta törətmiş şəxs (75.0.2); inzibati xəta törətməkdə şəxsin təqsiri (75.0.3); inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar (75.0.4); inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı (75.0.5); inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar (75.0.6); işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (75.0.7). Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, Ağcabədi rayonu Nəcəfqulubəyli kəndində yaşayan X8 mütəmadı olaraq tullantıları “Kür” çayının nəzarət hissəsinə qalaqyaraq su obyektlərinin mühafizəsi qaydalarını pozması öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmiş, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-380/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-380/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver