Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-385/2025 28.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Ağcabədi rayon Yol Patrul xidməti inspektoru polis serjantı X4 04 iyul 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: X2 barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir ondan ötrü ki, o, 04 iyul 2025-ci il tarixdə Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti 132 ünvanında idarə etdiyi Opel Astra markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. “İnzibati tənbeh vermə haqqında” TP ******* nömrəli qərara əsasən X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında şikayətçi X3 izahatında göstərdi ki, 04 iyul 2025-ci il tarixdə idarə etdiyi Opel Astra markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən inspektor Ülvi Rəsulzadə onu saxlatmış, o avtomobildən düşüb bir qonşu kimi Ülvini “qayıya” keçməsi münasibəti ilə təbrik etmiş, Ülvi isə ona xətti taptaladığını bildirib onun barəsində protokol tərtib edəcəyini demiş, sonra məlum olmuşdur ki, protokol əsasında 100 manat cərimə olunmuşdur. Həmin vaxt heç bir ötmə əməliyyatı etməmiş, qarşı zolağa çıxmamışdır. Bundan başqa onu Ülvi Rəsulzadə saxlatsa da, protokol Ağcabədi rayon Yol Patrul xidməti inspektoru polis serjantı X4 adından tərtib olunmuşdur. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, o, heç bir qayda pozuntusu törətməmiş, heç bir ötmə əməliyyatı etməmiş və həmin vaxt yol patrul xidməti tərəfindən hər hansı bir görüntü qeydə alınmamışdır. Bu barədə hər hansı bir sübut varsa məhkəməyə təqdim etsinlər. Odur ki, qeyd edilənləri əsas gətirərək barəsində tərtib edilmiş 04 iyul 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə şikayətçini dinləyib, ərizə və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa, inzibati xətanın mövcudluğunu göstərən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi səbəb olur. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 04 iyul 2025-ci il tarixdə X2 idarə etdiyi Opel Astra markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən hər hansı bir qayda pozuntusunu qeydə alınması barədə hər hansı bir video qeyd və ya görüntü qeydə alınmamışdır. Bundan başqa X3 tərəfindən hər hansı bir qanun pozuntusu və inzibati məsuliyyət yaratması halı müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinə əsasən qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xəta haqqında qərarda qeyd edilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilsin. Ağcabədi rayon Yol Patrul xidməti inspektoru polis serjantı X4 04 iyul 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-385/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-385/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver