Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-390/2025 28.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol polisi idarəsinin 28 iyun 2025-ci il tarixli EQ 28897726 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: X4 barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 328.4-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir ondan ötrü ki, o, 28 iyun 2025-ci il tarixdə yolda müəyyən edilmiş sürət həddini 83 km/saat aşmışdır. “İnzibati tənbeh vermə haqqında” EQ 28897726 nömrəli qərara əsasən X7 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə olunmuşdur. X3 ərizəni onunla əsaslandırmışdır ki, o, 10 mart 2025-ci il tarixdə St.Mingəçevir- Bəhrəmtəpə yolunun 128.5-ci km-də Mingəçevir istiqamətində idarə etdiyi “Mercedes Benz C220” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən sürət həddin aşdığı üçün 300 manat cərimə olunmuş, həmin protokol qanunsuz və əsassız tərtib edilmişdir. Belə ki, o, avtomobili yolda müəyyən edilmiş 80 km/saat sürətlə idarə etmiş, heç bir qayda pozuntusu törətməmiş, onun yanından başqa avtomobil yüksək sürətlə keçmiş, səhvən cərimə onun avtomobilinə yazılmışdır. Odur ki, qeyd edilən xüsusatları əsas gətirərək barəsində tərtib edilmiş 28 iyun 2025-ci il tarixli EQ 28897726 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa, inzibati xətanın mövcudluğunu göstərən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi səbəb olur. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. İş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 28 iyun 2025-ci il tarixdə saat 16:44:10-da “Mercedes Benz C220” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil Bəhrəmtəpə yolunun 128.5-ci km Mingəçevir istiqamətində hərəkətdə olarkən sürət həddini aşmış, bu barədə avtomobilin foto görüntüsü qeyd edilmiş və həmin fotoşəkildən görünür ki, “Mercedes Benz C220” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil Bəhrəmtəpə yolunun 128.5-ci km Mingəçevir istiqamətində sürət həddini aşmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X2 yolunun 128.5-ci km Mingəçevir istiqamətində sürət həddini aşmışdır. Ona görə də barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuşdur. Bundan başqa X7 idarə etdiyi avtomobillə qanunun tələbinin pozmaması barədə hər hansı mötəbər sübut və dəlillər məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-390/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-390/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver