Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-396/2025 28.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, Ağcabədi RPŞ-nin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1981-ci il tarixdə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonunun Qaravəlli kəndidnə qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 25 iyul 2025-ci il tarixdə saat 18:30 radələrində Ağcabədi rayon polis şöbəsinin inzibati binasında səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır ki, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, 25 iyul 2025-ci il tarixdə Vüqar adlı şəxslə Xaçınçay kafesində söhbət etdiyi vaxt polis əməkdaşları gəlib onu polis şöbəsinə dəvət etmiş, o da onlarla birlikdə şöbəyə getmişdir. O, heç kimi söyüb təhqir etməmiş, heç kimin qanuni tələbinə tabesizlik göstərməmişdir. Barəsində tərtib edilmiş protokolla razı deyildir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağcabədi RPŞ-nin İTB-nin sahə rəisi X2 çıxış edərək bildirdi ki, 25 iyul 2025-ci il tarixdə 102 xidmətinə daxil olmuş zənglə əlaqədar X4 və X3 ilə birlikdə Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində yerləşən Şəxs olduğu Xaçınçay kafesinə getmiş, həmin vaxt Şəxs sərxoş olduğu üçün səs-küy salaraq nalayiq ifadələr işlətmiş, bundan sonra o, intizama dəvət olunmuş, lakin hərəkətlərini davam etdirdiyi üçün o polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə tabe olmadığı üçün barəsində protokol tərtib olunmuşdur. Hesab edir ki, protokol qanuni və əsaslıdır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirdi ki, 25 iyul 2025-ci il tarixdə 102 xidmətindən daxil olmuş zəng əsasında X4 və X2 ilə birlikdə Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində yerləşən Şəxs olduğu Xaçınçay kafesinə getdik. Həmin vaxt Şəxs səs-küy salaraq nalayiq ifadələr işlətdiyi üçün onu intizama dəvət etmiş, lakin Şəxs öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə tabe olmamış, bundan sonra o, polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında hərəkətlərini yenidən davam etdirmişdir. Məhkəmə iclasında şahid X4 eyni məzmunlu izahat verərək göstərilən xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 iyul 2025 il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuş, 27 iyul 2025-ci il tarixdə azad edilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq olunmuşdur Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Ağcabədi RPŞ-nin İTB-nin sahə rəisi X1 və şahidlərin izahatını dinləyib, iş materiallarını tədqiq edib işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də Şəxs əməlləri İXM-nin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.i Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, İXM-nin 535.1-ci maddəsində 200 manat cərimə və bir ayadək inzibati həbs tənbeh nəzərdə tutulduğu halda, İXM-nin 510-cu maddəsində 50 manatdan 100 manatadək cərimə, 15 günədək inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. İnzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, müharibə veteranı olmasını, inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Hesab edirəm ki, Şəxs barəsində inzibati həbs tənbehi tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə İXM-nin 535.1-ci maddəsinə əsasən barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. 25 iyul 2025-ci il tarixdən saat 18:30-dan 27 iyul 2025-ci il tarixdən saat 18:30-dək inzibati qaydada tutulduğu müddət ona təyin olunmuş inzibati həbs tənbehindən çıxılaraq ona 23 (iyirmi üç) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli 28 iyul 2025-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-396/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-396/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver