Məhkəmə qərarları › İş №3(017)-4/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-4/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-4/2024 18.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu Paşayev Babək Zahid oğlunun katibliyi, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Ağcabədi rayonunun Üzeyirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ailəli, Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağcabədi rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 08 dekabr 2023-cü il tarixdə yaşadığı Ağcabədi rayonunun Avşar kəndində yerləşən evdə qaynanası X2 ilə aralarında yaranmış mübahisə zamanı Şamama Mirzəyevanı döyərək, ona sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Material üzrə işin məhkəmə baxışı 18 yanvar 2024-cü il tarixə saat 1530-a təyin edilməklə, bu barədə məlumat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vaxtında bildirilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Bu halda, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 ərizə ilə məhkəməyə müraciət edərək, 08 dekabr 2023-cü il tarixdə yaşadığı Ağcabədi rayonunun Avşar kəndində yerləşən evdə Şəxs ilə aralarında yaranmış mübahisə zamanı Şəxs onu vuraraq ona xəsarət yetirdiyini, hazırda Yeganə ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə zərərçəkmiş şəxsi dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar