Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-403/2023 23.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu Muradov Malik Maarif oğlunun katibliyi ilə, xx xxxxx 1989-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Ağcabədi rayonun, Pərioğullar kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir ki, buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* nömrəli inzibati protokol tərtib olunaraq inzibati tənbeh tətbiq olunmasından ötrü Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Material üzrə işin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ödəniş qəbzini təqdim edərək, EQ 12358480 nömrəli protokola əsasən ona təyin olunmuş cəriməni Daxili İşlər Nazirliyi BDYPİ-nin hesabına ödədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeydində göstərilmişdir ki, bu Məcəllənin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeydinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətdən azad olunmaqla, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və X1 Azərbaycan Respublikası Məcəlləsinin 529.3cü maddəsinin qeydini, 445.0.2 və 105.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati məsuliyyətdən azad olunsun.
2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin.
3. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Hakim: Sulduz Ləzimov