Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-403/2025 31.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu Məhkəmə iclasının katibi X1 və barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1963-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şuşa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 30 iyul 2025-ci tarixdə Şuşa rayonu ərazisində saxlanılaraq üzərinə baxış keçirilərək üzərindən təmiz çəkisi 3.49 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Bununla o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, tutulmamışdan 2 ay əvvəl Bakı şəhərində avtobus dayanacağında olan zaman yerdən kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana tapmış və götürüb özü ilə yaşadağı ünvan 1 ünvanına gətirmişdir. Sonra Şuşa şəhərində işlədiyi üçün özü ilə ora aparmışdır ki, işdən sonra narkotik vasitəni qəbul edər, lakin onu polis əməkdaşları saxlamış üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansısa əşya olub-olmadığını soruşduqda o, saxladığı narkotik vasitəni çıxarıb könüllü təqdim etmişdir. Hazırda törətdiyi əməldən peşman olmasını və yaşlı olmasını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 30 iyul 2025-ci il tarixli, 16/684 saylı rəyindən görünür ki, Şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar olunaraq götürülmüş bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və təmiz çəkisi 3,49 qramdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsində təqsiri özünün etirafı, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, nəzərə alaraq, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş 3,49 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana məhv edilməklə, həbsdə olduğu bir gün müddət nəzərə alınmaqla ona aşağı həddə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilirəm. İş üzrə ekspertiza xərcinin dəyərini təşkil edən 30,40 manat Şəxs tutularaq dövlət büddcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində on beş gün müddətinə inzibati həbs tənbehi tətbiq edilməklə, cəzasından bir gün çıxılaraq üzərində iyirmi gün müddətinə inzibati həbs tənbehi saxlanılsın.
2. İnzibati həbsin əvvəli 30 iyul 2025-ci il tarixdən saat 23:56-dan hesablansın.
3. İnzibati xətanın bilavasitə obyekti olmuş Şuşa rayon polis şöbəsində saxlanılan 3,49 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana məhv edilsin.
4. İş üzrə ekspertiza xərcinin dəyərini təşkil edən 30,40 manat Şəxs tutularaq dövlət büddcəsinə ödənilsin.
5. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər.
Hakim: Sulduz Ləzimov