Məhkəmə qərarları › İş №3(017)-404/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-404/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-404/2025 18.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M üə y y ə n etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 31 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 01 avqust 2025-ci il tarixdə Ağcabədi Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 verdiyi izahatında göstərdi ki, X1 həyat yoldaşıdır, 12 ildir ki ailə həyatı qurmuş, birgə nigahdan 1 övladı vardır. Təxminən 1 ildən çoxdur ki, ayrılmışdır. Hazırda Ağcabədi rayon Məhkəməsində boşanma işləri vardır. xx.xx.2025-ci il tarixində Ağcabədi rayon Məhkəməsində sonuncu məhkəmə iclası olmuş, o da həmin iclasa getmişdir. Həmin vaxt Məhkəmənin həyətində Aysel, qardaşı Nurəddin və onların vəkili olmuşdur. Aysel ona və bacısına zəng edərək, mesal yazaraq nalayiq ifadələr söyləmişdir. Ayselə yaxınlaşaraq nə səbəbə bacısına zəng edərək nalayiq ifadə söylədiyini soruşmuş, həmin vaxt onunla mübahisə edən zaman Nurəddin qışqıraraq və nalayiq ifadə söyləyərək üzərinə gəlmişdir. Ona təpik atmış, Nurəddinin təpiyini tutaraq bir dəfə onun sifət nahiyyəsinə vurmuş, həmin vaxt Nurəddin yerə yıxılmışdır. Bu zaman mühafizə işçisi araya girərək onu həyətdən çölə çıxarmışdır. Bundan sonra Məhkəmə iclası olmuş, iclas bitdikdən sonra qarşı tərəf çıxıb getmiş, onların arxasıyca taksi ilə getmişdir. Nurəddinin avtomobilini keçərək dördyol adlanan ərazidə gözləmiş, Nurəddin ona nalayiq ifadə söylədiyi üçün o, yerdən taxta parçası (paddon) götürmüş, onlar yol ilə keçən zaman həmin taxtanı "Opel" markalı avtomobilə atmış, lakin dəyməmişdir. Nurəddin isə avtomobili idarə edərək çıxıb getmişdir. Odur ki, nəzərə alıb barəsində olan iş üzrə qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, Şəxs onun keçmiş yeznəsidir, bacısı X4 ilə Ağcabədi rayon Məhkəməsində boşanma işi üzrə müraciətləri vardır. X5 bacısı Ayselin boşanma işi üzrə vəkilidir. xx.xx.2025-ci il tarixində məhkəmə iclası olduğu üçün Ağcabədi rayonuna gəlmişdir. xx.xx.2025-ci il tarixində məhkəmə iclası olduğu üçün Aysel və Hidayət ilə birlikdə Ağcabədi rayon Məhkəməsinin həyətində əyləşmişdir. İş üzrə cavabdeh Şəxs da onlardan bir qədər aralıda oturmuşdur. Həmin vaxt ayaqyoluna getmiş, səs-küy eşidərək geri gəlmiş, Elnurun bacısına və vəkilə nalayiq ifadələr söylədiyini görmüşdür. Elnurdan bacısı Aysel ilə nə səbəbə dalaşdığımı soruşduqda, Elnur onun üzərinə hücum etmiş, həmin vaxt süpürləşmiş, Elnur əlində olan əşya ilə onun əlinə xəsarət yetirmişdir. Bu zaman mühafizə işçisi Elnuru məhkəmənin həyətindən çıxarmışdır. Bundan sonra saat 15:15-də məhkəmə prosesi başlamış, hakim zalda dava-dalaş olmaması üçün 2 nəfər icra məmurumu zala dəvət etmişdir. Proses bitdikdən sonra hakim Elnura 5-10 dəqiqəlik zaldan çıxmamasını istəmişdir. O, idarə etdiyi avtomobillə Balakənə doğru hərətkə etməyə başlamış, 5-10 dəqiqə yol ilə gedən zaman Asan Xidməti keçdikdən sonra "Vaz 21015" markalı taksi nişanı olan avtomobil yüksək surətlə ötməyə başlamışdır. Həmin avtomobil onları keçərkən arxa pəncərədən Elnur başını çıxaradaraq nalayiq ifadə və hərəkətlər göstərmişdir. Bundan sonra yenə də yoluna davam etmiş, dördyol adlanan ərazidə hərəkətdə olan zaman Elnur anidən yola çıxaraq əlində olan taxta parçasını avtomobilə atmış, taxtanın avtomobilə dəyməməsi üçün avtomobili sola çəkmiş və onlara qəza şəraiti yaranmışdır. Həmin taxta parçası avtomobilin arxa qanadına dəymiş, bundan sonra Ağcabədi RPŞ-yə müraciət etmişdir. Tələbinin Şəxs barəsində qanuni tədbir görülməsindən ibarət olmasını bildirmişdir. Hazırda xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət vermişdir. Odur ki, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında toplanmış materialları tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində isə təsbit edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Ağcabədi rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından şikayət vermişdir. Həmin şikayət xx.xx.2025-ci il tarixdə Ağcabədi rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Ona görə də işə baxıb yekun qərar qəbul etmək mümkün deyildir. Bu səbəbdən də inzibati xəta haqqında 31 iyul 2025-ci il tarixli, MN ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Ağcabədi rayon Polis Şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 31 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Ağcabədi rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar