Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-409/2025 04.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağcabədi rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 07 iyul 2025-ci il tarixdə anası Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. xx.xx.2025-ci il tarixdə anası Zərərçəkmiş şəxs, atası İdris Həsənov və bacısı Humay Həsənova onun iş yerinə getmiş, Zərərçəkmiş şəxs onu söyərək təhqir etmiş, oda anidən əsəbləşərək anası, yəni Zərərçəkmiş şəxs təpiklə qarın nahiyəsinə və sillə ilə baş nahiyəsinə vurmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə o, əri İdris Həsənov və qızı Humay Həsənova avtomobillə oğlu Şəxs iş yerinin yanından keçən zaman onu yolda görmüşlər, İdris avtomobili saxlayaraq Şəhramın əri İdrisdən niyə şikayət etməsini soruşmuşdur. Sonra o da onların yanına gəlmiş, bu zaman Şəhram əlinə taxta parçası alaraq ona tərəf gələrək baş nahiyəsinə yumuruq və sillə ilə vurmuşdur. Hazırda o, Şəxsla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, göstərilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Belə ki, iş materiallarına əlavə olunmuş ekspertiza rəyindən görünür ki, canlı şəxsin ekpertizasına dair məhkəmə tibb ekspertizasının 07 iyul 2025-ci il tarixli 380 saylı rəyində qeyd olunmuşdur ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – orta təpə nahiyəsində saçın yolunması, sol dirsək oynağında sıyrıqlar, sağ saiddə qançır, sağ əlin 3-cü barmağında sıyrıq, sol əlin 2-ci barmağında şişkinlik – küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə vurulma nəticəsində əmələ gələ bilərdi, xəsarətlərin yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Məhkəmə tərəfləri dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Belə olan halda, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-409/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-409/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver