Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-41/2023 07.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə xx xxxxxx 1993-cü il tarixdə Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Xocavənd rayonunun Xocavənd kəndində qeydiyyatda olmaqla Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 556 saylı qəsəbədə yaşayan Şəxs haqqında Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 07 fevral 2023-cü il tarixdə Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində yerləşən 556 saylı qəsəbənin qarşısında ucadan nalayiq ifadələr işlətməklə, hadisə yerinə baxış keçirən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır ki, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, 07 fevral 2023-cü il tarixdə təxminən saat 09:00 radələrində Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 556 saylı yaşayış massivində yerləşən qardaşına məxsus mağazadan oğurluq olduğu üçün mağazanın qarşısında dayanmış, həmin vaxt polis əməkdaşı onun üzərinə qışqıraraq onu itələmiş, o polis əməkdaşına nə üçün qışqırdığını bildirmiş, bundan sonra onu digər polis əməkdaşları zorla avtomobilə mindirib polis şöbəsinə aparmışlar. O, heç bir qanun pozuntusuna yol verməmiş, heç bir polis əməkdaşına tabesizlik göstərməmişdir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağcabədi RPŞ-nin polis serjantı X2 izahat verərək bildirdi ki, 07 fevral 2023-cü il tarixdə təxminən saat 09:00 radələrində Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 556 saylı yaşayış massivində yerləşən mağazadan oğurluq olduğu üçün polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş, həmin vaxt Şəxs ucadan nalayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Ona görə də barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağcabədi RPŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı X3 izahat verərək bildirdi ki, o, 07 fevral 2023-cü il tarixdə təxminən saat 09:00 radələrində Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 556 saylı yaşayış massivində yerləşən mağazadan oğurluq olduğu üçün polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş, hadisə yerinə baxış keçirmiş, sonra mağazaya quraşdırılmış nəzarət kamerasının yaddaş blokunun harada yerləşdiyini soruşmuş, bundan sonra qapının yanındakı şəxslərə kənara çəkilməsini bildirmiş, bu vaxt Şəxs ucadan nalayiq ifadələr işlətməklə onun qanuni tələbinə tabe olmamışdır. Ona görə də Şəxs polis şöbəsinə gətirilərək barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağcabədi RPŞ-nin polis kiçik serjantı X1 izahat verərək bildirdi ki, o, 07 fevral 2023-cü il tarixdə təxminən saat 09:00 radələrində Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 556 saylı yaşayış massivində yerləşən mağazadan oğurluq olduğu üçün polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş, hadisə yerinə baxış keçirilən zaman Şəxs ucadan nalayiq ifadələr işlətməklə plois əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını tədqiq edib işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də Şəxs əməlləri İXM-nin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, İXM-nin 535.1-ci maddəsində iki yüz manat və bir ayadək inzibati həbs tənbehi nəzərdə tutulduğu halda, İXM-nin 510-cu maddəsində 50 manatdan 100 manatadək cərimə və 15 günədək inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. İnzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Hesab edirəm ki, Şəxs barəsində inzibati həbs tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli onun tutulduğu vaxtdan yəni, 07 fevral 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-41/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-41/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver