Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-415/2023 02.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Ağcabədi rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan Azərbaycan Respublikası İXM-nin 328.2ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətdiyinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir ki, buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* nömrəli inzibati protokol tərtib olunaraq inzibati tənbeh tətbiq olunmasından ötrü Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Material üzrə işin məhkəmə baxışı 2 iyun 2023-cü il tarixə təyin edilməklə, bu barədə məlumat tərəfə vaxtında bildirilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Bu halda Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən, məhkəmə işə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri inzibati xəta haqqında tərtib edilmiş protokol və digər rəsmi sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, xətanın xarakterini, əmlak və maddi vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun müəyyən müddətə məhdudlaşdırılması tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Barəsində İXM-nin 32-33-cü maddələrində göstərilən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və X1 Azərbaycan Respublikası Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı:
1. İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması tənbehi tətbiq edilsin.
2. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər.
Hakim: Sulduz Ləzimov