Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-417/2024 06.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu Muradov Malik Maarif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1997-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonunun Muğanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 05 iyun 2024-cü il tarixdə Ağcabədi rayonunun Muğanlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 05 iyun 2024-cü il tarixdə Ağcabədi rayonunun Muğanlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs mübahisə etmiş, lakin onu vurmamışdır. Barəsində tərtib edilmiş protokolla razı deyildir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs onun həmkəndlisidir. 05 iyun 2024-cü il tarixdə Şəxs onu vuraraq ona xəsarət yetirmişdir. Hazırda Qaytaran ilə barışmamışdır. Ona görə də Qaytaran barəsində ağır cəza verilməsini xahiş etdi. İş materiallarında olan 14 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər döş qəfəsində qançır, sağ əlin 3-cü barmağında şişkinlik, sağ ayaq pəncəsində və sağ ayağın 2-ci barmağında sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək, bu qənaətə gəlir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamış və zərərçəkmiş şəxs sonuncunun inzibati tənbehlə cəzalandırılmasını israr edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli onun tutulduğu, yəni 06 avqust 2024-cü il tarixdən saat 17:35-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-417/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-417/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver