Məhkəmə qərarları › İş №3(017)-419/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-419/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-419/2023 30.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, xx xxxx 1995-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bərdə rayonu, Körpüsındıran kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 08 fevral 2023-cü tarixdə Ağcabədi şəhərinin ərazisində qanunsuz olaraq üzərindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,98 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, fəhləliklə məşğul olur, X2 tanıyır, qohumluğu və ədavəti olmamışdır. O Ramini 3-4 ildir Bərdə rayon bazaırndan tanımış, Ramin bazarda alver etməklə məşğul olmuşdur. O təxminən 5-6 aydır narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. O Raminin də narkotik vasitədən istifadə etdiyini bilmiş, ona görə də Ramindən narkotik vasitə istəmişdir. 07 fevral 2023-cü il tarixdə səhər saatlarında bazarda olan zaman Ramin ilə görüşmüş, Ramin ona təklif etmiş ki, nəşə var, almaq istəyirsənmi? O da Raminə istədiyini demiş və qiymətini soruşmuş, Ramin də ona bir bükümünü 20 manata verəcəyini demiş, onlar razılaşmışlar. Həmin gün günorta saatlarında onlar dəmiryolu vağzalının yaxınlığında görüşmüşlər və Ramin salfet kağızına bükülmüş bir büküm nəşəni göstərmiş, o da həmin bir büküm nəşəni Ramindən 20 manata almışdır. O həmin bükülünü özü ilə götürmüş və işi olduğu üçün Ağcabədi rayonu ərazisinə gəlmişdir. Həmin gün saat 17:30 radələrində o Ağcabədi şəhəri ərazisində olan zaman tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər, polis əməkdaşları onun qanunsuz olaraq üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirərək Ağcabədi rayon polis şöbəsinə getməyi bildirmişlər, o da etiraz etməmiş və sonra o polis əməkdaşları ilə birlikdə Ağcabədi rayon polis şöbəsinə gəlmişdir. Həmin vaxt onun üzərində bir ədəd salfet kağızına bükülmüş qurudulmuş marixuana olmuşdur. Onlar polis şöbəsində olarkən ona müdafiəçidən istifadə etmək hüquqları və qanunla müəyyən edilmiş qaydada digər hüquqları izah olunmuşdur. Bundan sonra polis əməkdaşları ona üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə olub olmadığını soruşmuşlar. O da əynində olan boz rəngli paltonun sol iç cibində saxladığı bir ədəd salfet kağızı bükümündə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Həmin büküm açılıb baxış keçirilmiş, bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş, baxış keçirildikdən sonra içərisində qurudulmuş marixuana olan salfet bükümü aşkar olunduğu vəziyyətdə, yəni kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəksi 2,49 qram çəkidə olmuş, həmin salfet bükümü çəkildikdən sonra qablaşdırılıb möhürlənmişdir. Onun üzərindən aşkar edilmiş qurudulmuş marixuana ona məxsus olmuş, həmin qurudulmuş marixuananı tanışı Ramin Məmmədovdan 20 manata almış və özünün istifadə etməyi üçün saxlamışdır. O heç kimə narkotik vasitələr satmamış, pay verməmiş, üzərindən aşkar olunaraq götürülmüş marixuananı Ramin Məmmədovdan alan tək olmuş, yanında heç kəs olmamış, marixunanı aldığını heç kəs görməmiş, Ramindən ilk dəfə narkotik vasitə almışdır. Törətdiyi əmələ görə çox peşmandır. Odur ki, gənc olmasını nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 08 fevral 2023-cü il tarixli, 18/148 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki bir ədəd salfet kağızı bükümdə təmiz çəkisi 0,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 18 aprel 2023-cü il tarixli, 18/425 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Şəxs və X1 götürülmüş marixuanalar eyni tərkiblidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsində təqsiri özünün etirafı, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, nəzərə alaraq, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş 0,98 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana məhv edilməklə, inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində iyirmi gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin.

2. İnzibati həbsin əvvəli 30 may 2023-cü il tarixdən saat 15:30-dan hesablansın.

3. İnzibati xətanın bilavasitə obyekti olmuş Ağcabədi rayon polis şöbəsində saxlanılan 0,98 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana məhv edilsin.

4. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar