Məhkəmə qərarları › İş №3(017)-427/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-427/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-427/2023 31.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d im: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Ağcabədi rayon Polis şöbəsindən material daxil olmuşdur. İşin məhkəmə baxışına hazırlanması zamanı müəyyən etdim ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün тяртиб едилмиш инзибати хята щаггында протокол düzgün tərtib edilməmişdir, натамамдыр вя мящкямя ижласында тамамланмасы гейримцмкцндцр. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən müəyyən etdi hissəsində yalnışlığa yol verilərək aidiyyat məsələsinin məhkəmənin səlahiyyətinə aid olduğu qeyd edilmişdir. Belə olan halda inzibati protokolu məhkəmə iclasına baxıb tamamlamaq mümkün deyildir. Belə olan halda hesab edirəm ki, iş materialları və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi olmalıdır. Həmin Məcəllənin 100.1.7-ci maddəsinin tələbinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları əlavə olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında material düzgün tərtib olunmadıqda yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 109.1-ci və 109.1.6-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xətaya dair material onu tərtib etmiş orqana Ağcabədi Rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar